TikTok əməkdaşları ABŞ dövlət sərhədində ciddi yoxlanışa məruz qalıblar
Sosial Media
03.05.2024
Farid Pardashunas
ABŞ hökumətinin TikTok-a qarşı olan təzyiqinin fonunda bu məşhur sosial platformanın əməkdaşları ABŞ dövlət sərhədində ciddi yoxlanışa məruz qalıblar. Verilmiş məlumata əsasən TikTok-un 30 nəfər əməkdaşı ABŞ sərhədində saxlanılıb və daha sonra Gömrük və Sərhəd Nəzarətinin agentləri tərəfindən sorğu-suala məruz qalıblar. Sorğu-sualda iştirak etmiş TikTok əməkdaşlarının əksəriyyəti Çin vətəndaşı olublar. Onlar TikTok-un və ByteDance şirkətinin məlumatların emalı, machine learning və texnoloji şöbələrində çalışırlar.
Aparılmış sorğu-sual çərçivəsində sərhəd xidməti əməkdaşları sosial platformanın işçilərindən TikTok və ByteDance arasındakı əlaqə və şirkətin amerikalı TikTok istifadəçilərinin konfidensiallıqlarının qorunması üçün göstərdiyi səylər barəsində maraqlanıblar. Bununla yanaşı TikTok əməkdaşlarına şəxsi mövzular ilə bağlı suallar da verilib. Buna misal olaraq Çin Kommunist Partiyasına üzvlük, təhsil və siyasi əlaqələri gətirmək olar. TikTok əməkdaşlarının ABŞ sərhədində saxlanılaraq sorğu-suala məruz qalmaları ABŞ hökuməti daxilində TikTok və onun sahibi olan ByteDance şirkəti barəsində narahatçılığın nə dərəcədə artmasını sərgiləyir. ABŞ hökumətini narahat edən əsas mövzulardan biri amerikalı TikTok istifadəçilərinin məlumatlarının təhlükəsizlikləri və konfidensiallıqlarıdır.
TikTok-un öz amerikalı istifadəçilərinin məlumatlarının etibarlı şəkildə qorunması bəyanatlarına baxmayaraq ABŞ hökuməti narahatdır ki, şirkət əməkdaşları həmin məlumatları əldə edə və ya Çin hökuməti ByteDance şirkətini sözügedən məlumatları təqdim etməyə məcbur edə bilər. Qeyd etmək lazımdır ki, ABŞ prezidenti Joe Biden tərəfindən keçən həftə imzalanmış yeni qanun layihəsinə əsasən ByteDance şirkəti 270 gün ərzində TikTok-u satmalıdır. Əks halda bu sosial platforma ABŞ ərazisində bloklanacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
TikTok Avropada da bloklana bilər
TikTok Avropada da bloklana bilər
Keçən həftə ABŞ prezidenti Joe Biden öz ölkəsinin ərazisində TikTok-un bloklanmasına dair qanun layihəsini imzaladı.
TikTok-un Türkiyədə qadağan edilməsinə dair qanun layihəsi hazırlanır
TikTok-un Türkiyədə qadağan edilməsinə dair qanun layihəsi hazırlanır
Dünyanın ən məşhur sosial platformalarından biri olan TikTok Türkiyədə qadağan edilə bilər.
ByteDance şirkəti TikTok-u amerikalılara satmaq niyyətində deyil
ByteDance şirkəti TikTok-u amerikalılara satmaq niyyətində deyil
Dünən məlum oldu ki, ABŞ prezidenti Joe Biden, TikTok-un ABŞ ərazisində bloklanmasına istiqamətlənmiş qanun layihəsinin sənədini imzalayıb.
Joe Biden TikTok-un ABŞ ərazisindaə bloklanması qanununu imzalayıb
Joe Biden TikTok-un ABŞ ərazisindaə bloklanması qanununu imzalayıb
Dünən məlum oldu ki, ABŞ Konqresinin Nümayəndələr palatasının ardınca ABŞ Senatı da TikTok-un ABŞ ərazisində bloklanmasına hədəflənmiş qanun layihəsinin qəbulunu təsdiqləyib.
TikTok-un ABŞ-da bloklanması qanunu ABŞ Senatı tərəfindən təsdiqlənib
TikTok-un ABŞ-da bloklanması qanunu ABŞ Senatı tərəfindən təsdiqlənib
Bu həftənin əvvəlində məlum oldu ki, ABŞ Konqresinin Nümayəndələr palatası TikTok-un ABŞ ərazisində qadağan edilməsinə istiqamətlənmiş qanun layihəsini təsdiqləyib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!