OpenAI CEO-su süni zəka çiplərinin qlobal istehsalı layihəsinə 5-7 trilyon dollar investisiya cəlb etməyi hədəfləyib
Süni İntellekt
12.02.2024
Emil Nəcəfov
OpenAI şirkətinin CEO-su Sam Altman süni zəka çiplərinin istehsalı üçün nəzərdə tutulmuş infrastrukturun yaradılması kimi irimiqyaslı layihəyə 5-7 trilyon dollar investisiya cəlb etməyi hədəfləyib.
Kütləvi informasiya vasitələrinin vermiş olduqları məlumata əsasən Altman artıq potensial investorlarla və o cümlədən Birləşmiş Ərəb Əmirlikləri hökuməti ilə bu mövzuda danışıqlar aparır.
Bu üsulla o, süni zəka çiplərinə sürətlə artan tələbatın ödənilməsi üçün qlobal istehsalat güclərini artırmaq istəyir. Altman daha öncə də qeyd etmişdi ki, süni zəka çiplərinin çatışmazlığı OpenAI şirkətinin inkişafını ləngidir. Onun fikrincə süni zəka üçün irimiqyaslı infrastrukturun yaradılması gələcəkdəki texnoloji rəqabət yolunda kritik vacib məsələdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI yeni süni zəka sistemləri üzərində çalışır
OpenAI yeni süni zəka sistemləri üzərində çalışır
The Information saytının vermiş olduğu məlumata əsasən OpenAI şirkəti yeni proqram təminatı üzərində çalışır və hazırlanan bu yeni proqram təminatı daha öncə insanların iştiraklarını tələb edən daha çox tapşırığı yerinə yetirə biləcək.
Hərbi simulyasiyalarda süni zəka nüvə silahından istifadəyə üstünlük verib
Hərbi simulyasiyalarda süni zəka nüvə silahından istifadəyə üstünlük verib
ABŞ-ın bir neçə universitetinin mütəxəssisləri hərbi əməliyyatlar ilə bağlı simulyasiyalarda müxtəlif süni zəka modellərini test ediblər.
Avropa Birliyi dövlətləri süni zəkanın tənzimlənməsi qanununu təsdiqləyiblər
Avropa Birliyi dövlətləri süni zəkanın tənzimlənməsi qanununu təsdiqləyiblər
Avropa Birliyinə daxil olan 28 ölkədən 27-nin nümayəndələri süni zəka texnologiyalarının tənzimlənməsinə hədəflənmiş qanun layihəsinin final versiyasını təsdiqləyiblər.
ChatGPT-nin bioloji silah yaradılmasında yardımçı olma riski mövcuddur
ChatGPT-nin bioloji silah yaradılmasında yardımçı olma riski mövcuddur
OpenAI şirkəti özünün GPT-4 dil modelinin bioloji silahın yaradılmasında istifadəsi risklərini qiymətləndirmək üçün araşdırma aparıb.
Microsoft CEO-su Satya Nadella süni zəka ilə bağlı bəzi fikirlərini səsləndirib
Microsoft CEO-su Satya Nadella süni zəka ilə bağlı bəzi fikirlərini səsləndirib
Microsoft şirkətinin CEO-su Satya Nadella-nın fikrincə süni zəka imkanlarından təhlükəsiz şəkildə istifadənin zəmanətini təmin etmək üçün texnoloji sektor, dövlət və cəmiyyət öz səylərini birləşdirməlidir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!