Gmail hesablarının oğurlanmasına istiqamətlənmiş yeni dələduzluq sxemi aşkar edilib
Təhlükəsizlik
15.10.2024
Emil Nəcəfov
Microsoft əməkdaşı süni zəka istifadəsi ilə reallaşdırılan yeni dələduzluq sxemi barəsində məlumat verib. Reallaşdırılan yeni dələduzluq sxemi hətta ən peşəkar istifadəçilərin belə qurbana çevrilməsinə gətirib çıxara bilər. Yeni dələduzluq sxeminin əsas məqsədi isə Gmail hesablarının oğurlanmasına hədəflənib. Süni zəka texnologiyasının daha geniş yayılması ilə müxtəlif dələduzlar bu texnologiyadan müxtəlif vasitələrlə öz məqsədlərində istifadə edirlər. Microsoft-un Sam Mitrovic adlı əməkdaşı bildirib ki, o, yeni dələduzluq sxeminin qurbanına çevrilməyə çox yaxın olub və bu mövzu ilə bağlı detallı məlumat verib. Bir neçə müddət bundan öncə o, SMS bildiriş əldə etmiş və əldə edilmiş bildirişdə ondan Gmail hesabının bərpa olunması cəhdinin təsdiqlənməsi xahişi qeyd edilmişdi. Sorğu ABŞ-dan gəlmişdi.
Lakin Mitrovic sorğunu qəbul etmədi və 40 dəqiqədən sonra o, Google Sydney identifikatoruna sahib nömrədən gəlmiş telefon zəngini buraxdığını aşkar etdi. 1 həftədən sonra Microsoft əməkdaşı yenidən oxşar SMS bildirişi əldə etdi və 40 dəqiqədən sonra ona telefon zəngi gəldi. Bu dəfə Mitrovic telefon zənginə cavab verməyi qərara aldı. Zəng etmiş şəxs özünü təqdim edib və bildirib ki, Mitrovic-in Gmail hesabında şübhəli aktivlik müşahidə edilib. Daha sonra həmin şəxs Mitrovic-dən səyahətdə olub-olmadığını soruşub. Mitrovic səyahətdə olmadığını söyləyəndən sonra həmin şəxs daha bir neçə dəqiqləşdirici sual verib. Telefon danışığı zamanı Mitrovic öz növbəsində Google məlumatlarından istifadə edərək nömrəni yoxlamaq qərarına gəlib. Rəsmi Google dokumentasiyası təsdiqləyib ki, bəzi zənglər həqiqətən də Avstraliyadan gələ bilər.
Bu fakt Mitrovic-i olduqca təəccübləndirib. Üstəlik nömrənin özü əsl nömrəyə bənzəyirdi. Lakin nömrələrin mümkün əvəzlənməsi halından xəbərdar olan Mitrovic zəng etmiş şəxsi yenidən yoxlamağa qərar verib. Belə ki, o, zəng etmiş şəxsdən öz Gmail hesabına mail göndərməsini xahiş edib. Zəng etmiş şəxs isə buna razı olub. Bununla belə gözləmə zamanı telefon xəttinin o biri tərəfində klaviatura səsləri və digər müxtəlif səslər eşidilib. Bu isə zəngin dəstək xidməti tərəfindən edildiyi hissini formalaşdırıb. Nəticədə Mitrovic heç nədən şübhələnməli deyildi. Lakin bunun dələduzluq sxemi olduğunu Mitrovic bir mövzuda başa düşdü. Belə ki, zəng etmiş şəxs bir neçə dəfə “Alo” kəlməsini işlətdi. Mitrovic həmin anda əslində süni zəka ilə danışdığını anladı. Belə ki, “Alo” kəlməsinin tələffüzü və bu kəlmənin təkrarlanması arasındakı qısa dayanmalar olduqca ideal idilər.
Nəticədə Mitrovic telefon danışığını dayandırdı. Daha sonra Mitrovic həmin nömrəyə zəng etməyə çalışsa da, “Bu, Google Maps-dir. Biz sizin zənginizi qəbul edə bilmərik” bildirişini söyləmiş avtomatik cavablayıcı ilə qarşılaşdı. Daha sonra Mitrovic öz Gmail hesabına giriş aktivliyini yoxladı. Bunun üçün Google hesabı fotosuna klikləmək, “Manage your Google Account” bəndini seçmək, daha sonra Security bölməsinə daxil olmaq və “Recent security activity” bəndini seçmək lazımdır. Bunları edəndən sonra Mitrovic başa düşdü ki, onun bütün Google sistemlərinə giriş yalnız özü tərəfindən edilib. Daha sonra o, zəng etmiş tərəfdən göndərilmiş elektron məktubu incələyərək aşkar edib ki, dələduz məktub göndərənin ünvanını Salesforce CRM sistemi vasitəsilə dəyişib. Bu sistem istifadəçilərə müxtəlif ünvanı qeyd etməyə və məktubları Gmail serverləri üzərindən göndərməyə imkan verir. Bu hadisənin nəticəsi olaraq söyləmək olar ki, dələduzlar süni zəka və saxta mail ünvanları sayəsində o dərəcədə inandırıcı ola bilərlər ki, hətta peşəkar istifadəçilər belə onların qurbanlarına çevrilə bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple tədqiqatçıları, süni intellektin məntiqi xətalarını ortaya çıxarıblar!
Apple tədqiqatçıları, süni intellektin məntiqi xətalarını ortaya çıxarıblar!
Apple-ın süni intellekt tədqiqat qrupu, böyük dil modellərinin düşünmə qabiliyyətlərində böyük çatışmazlıqlar aşkar edib.
Süni intellekt indi də ölmüş heyvanları danışdırır!
Süni intellekt indi də ölmüş heyvanları danışdırır!
Cambridge Universitetinin Zoologiya Muzeyində başlanan yenilikçi bir süni intellekt layihəsi ölü heyvanları danışdırır. Muzeyin kolleksiyasındakı müxtəlif heyvanlar bu layihə sayəsində ziyarətçilərlə səsli və ya yazılı şəkildə ünsiyyət qura bilirlər.
Süni intellekt vasitəsilə təxminən 162 min yeni virus növü kəşf edilib!
Süni intellekt vasitəsilə təxminən 162 min yeni virus növü kəşf edilib!
Yeni virus növlərinin kəşfi gizli virus dünyasına işıq salır. Avstraliyalı və Çinli elm adamlarının birgə işi nəticəsində, süni intellekt texnologiyası vasitəsilə 161.979 yeni RNT virus növü kəşf edilib.
ChatGPT və ona bənzər süni zəka modelləri ekologiyaya ciddi zərər vura bilərlər
ChatGPT və ona bənzər süni zəka modelləri ekologiyaya ciddi zərər vura bilərlər
Kaliforniya Universitetinin alimləri tərəfindən aparılmış tədqiqat onu göstərib ki, müxtəlif süni zəka modellərinin istifadəsi planetin ekologiyasına ciddi zərər vura bilər.
Wikipedia-da süni zəka tərəfindən tərtib edilmiş saxta məlumatların sayı artıb
Wikipedia-da süni zəka tərəfindən tərtib edilmiş saxta məlumatların sayı artıb
İstifadəçilərin ChatGPT və ona bənzər digər süni zəka sistemlərindən istifadə edərək mənasız və yoxlanılmamış məlumatları tərtib edib onları Wikipedia-da paylaşmaları səbəbilə bu rəqəmsal ensiklopediya sözün əsl mənasında böhran yaşayır.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!