main-post-cover

    2024-cü ilin əsas mobil təhlükələri açıqlanıb

    Təhlükəsizlik
    03.02.2025
    Emil Nəcəfov
         Dr. Web şirkətinin kibertəhlükəsizlik mütəxəssisləri 2024-cü ildə Android əməliyyat sistemi ilə çalışan mobil cihazlarda baş vermiş virus aktivliyinin nəticələrini əks etdirən hesabatı təqdim ediblər. Onlar ən çox rast gəlinmiş təhlükələri və ən yüksək aktivliyi sərgiləmiş potensial təhlükəli tətbiqlər haqqında məlumat veriblər. Dr. Web Security Space statistikasına əsasən, 2024-cü ildə Android cihazlarında ən geniş yayılmış təhlükələrdən biri də zərərli tətbiqlər olub. Onların məlumatına əsasən bu cür tətbiqlərə qeydə alınmış yoluxma halları 74.67%-ni təşkil edib. Reklam tətbiqləri isə 10.96%-lə ikinci yeri tutub.
         Üçüncü yerdə potensial təhlükəli tətbiqlər qərarlaşıb (10.55%), arzuolunmaz tətbiqlərin payı isə cəmi 3.82% olub. Hesabata əsasən, 2024-cü ildə Android üçün ən geniş yayılmış təhlükələr sırasında reklam troyanları olub. Həmçinin, dələduz tətbiqlərin, şantaj məqsədli troyanların, klikerlərin və bank troyanlarının aktivliyi artıb. Sonuncular istifadəçilərin bank hesablarına giriş üçün nəzərdə tutulmuş məlumatları oğurlamaqla yanaşı, SMS-dən təsdiq kodlarını da ələ keçirməyə başlayıblar. Ən populyar zərərli tətbiqlər aşağıdakılar olub:
    - Android.FakeApp.1600 – troyan, hansı ki, parametrlərində göstərilən veb saytı açır. Ən çox onlayn kazinoları yükləmək üçün istifadə edilir.
    - Android.Spy.5106WhatsApp-ın qeyri-rəsmi modifikasiyaları adı altında yayılmış troyan. O, bildiriş məzmununu ələ keçirir, naməlum mənbələrdən tətbiqlərin quraşdırılmasını təklif edir və uzaqdan idarə olunan dialoq pəncərələrini göstərir.
         2024-cü ilin ən geniş yayılmış arzuolunmaz tətbiqi Program.FakeMoney.11 olub. O, bütün aşkar edilmiş yoluxma hallarının 52.10%-ni təşkil edib. Bu tətbiq istifadəçiyə müxtəlif tapşırıqları yerinə yetirməklə pul qazanmağı vəd edir, lakin əslində heç bir mükafat verilmir. Tool.SilentInstaller ailəsinə məxsus proqram təminatları, hansılar ki, Android tətbiqlərini cihazda quraşdırmadan işə salmaq üçün istifadə olunur, potensial təhlükəli proqramlar kateqoriyasında liderliyini qoruyublar. Onların payına bütün qeydə alınmış yoluxma hallarının 30%-dən çoxu düşüb.
    Mənbə: Dr. Web
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Android-də Dark Theme rejiminin imkanı genişləndirəcək
    android-de-dark-theme-rejiminin-imkani-genislendirecek
    Şimali Koreya hakerləri internetdə çoxlu sayda zərərli proqram təminatını yayıblar
    simali-koreya-hakerleri-internetde-coxlu-sayda-zererli-proqram-teminatini-yayiblar
    Google keçən il Android üçün 2.36 milyon zərərli tətbiqi bloklayıb
    google-kecen-il-android-ucun-236-milyon-zererli-tetbiqi-bloklayib
    Yeni Android virus Telegram kimi maskalanaraq istifadəçi məlumatlarını oğrulayır
    yeni-android-virus-telegram-kimi-maskalanaraq-istifadeci-melumatlarini-ogrulayir
    Hakerlər Android smartfonlardan daha çox iPhone-lara hücum etməyə üstünlük verirlər
    hakerler-android-smartfonlardan-daha-cox-iphone-lara-hucum-etmeye-ustunluk-verirler