Windows 11-in bazardakı payı artmaqda davam edir
Əməliyyat sistemləri
02.11.2023
Emil Nəcəfov
Statcounter analitik şirkəti oktyabr ayı üzrə Windows 11 əməliyyat sisteminin bazarda yayılması statistikasını təqdim edib. Təqdim edilmiş statistikaya əsasən hal hazırda aktual olan Windows 11 məşhurlaşmaqda davam edir. Lakin buna baxmayaraq o hələ də Windows versiyaları arasında lider olan Windows 10-dan geridə qalır. Beləliklə təqdim edilmiş statistikaya əsasən Windows 11-in bazar payı 1 ay ərzində 2.5% artaraq 26.14%-ə çatıb. Bu göstərici ilə Windows 11 statistikanın ikinci yerində qərarlaşıb. Birinci yeri isə hələ də Windows 10 tutur. Belə ki, onun bazar payı 69.35% təşkil edir. Qeyd etmək lazımdır ki, oktyabr ayında Windows 10 öz istifadəçi kütləsinin 2.27%-ni itirib. Üçüncü yeri 3.03%-lik bazar payı ilə Windows 7 tutub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Windows 11-də Copilot adlkı süni zəka çat-botu istifadəyə verilib
Windows 11-də Copilot adlkı süni zəka çat-botu istifadəyə verilib
Microsoft şirkəti Windows 11 üçün nəzərdə tutulmuş növbəti böyük yenilənməni təqdim edib.
Windows 11 üçün növbəti böyük yenilənmə yaxın zamanda istifadəyə verilməlidir
Windows 11 üçün növbəti böyük yenilənmə yaxın zamanda istifadəyə verilməlidir
Keçən ay Windows 11 üçün təqdim edilmiş 23H2 nömrəli yenilənmə hələ də adi istifadəçilər arasında istifadəyə verilməyib.
Windows 11-in məşhurluq səviyyəsi Micreosoft-u sözün yaxşı mənasında təəccübləndirib
Windows 11-in məşhurluq səviyyəsi Micreosoft-u sözün yaxşı mənasında təəccübləndirib
Windows Central saytı Microsoft-un daxili sənədlərinə əsaslanan maraqlı statistikanı təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!