main-post-cover

    Windows 11 üçün növbəti böyük yenilənmə yaxın zamanda istifadəyə verilməlidir

    Əməliyyat sistemləri
    24.10.2023
    Emil Nəcəfov
         Keçən ay Windows 11 üçün təqdim edilmiş 23H2 nömrəli yenilənmə hələ də adi istifadəçilər arasında istifadəyə verilməyib. Lakin Microsoft serverlərində sözügedən yenilənmənin artıq ISO versiyaları aşkar edilib. Bu isə o deməkdir ki, şirkət Windows 23H2 yenilənməsinin adi istifadəçilər arasında istifadəyə verilməsinə hazırlaşır.
         Hal hazırda bu yenilənmə Windows-un ilkin qiymətləndirilməsi proqramı çərçivəsində reallaşdırılan beta-test mərhələsində aktivdir. Lakin Microsoft serverlərində yenilənmənin ISO versiyalarının aşkar edilməsi onun kommersiya məqsədli istifadəyə hazır olduğuna işarə edir. Yenilənmə yaxın günlərdə və ya həftələrdə istifadəyə verilə bilər. Bəzi məlumatlara əsasən Windows 23H2 yenilənməsi Windows 11 üçün nəzərdə tutulmuş son böyük yenilənmə olacaq. Gələn il isə Microsoft artıq Windows 12-ni təqdim edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Windows 11-in məşhurluq səviyyəsi Micreosoft-u sözün yaxşı mənasında təəccübləndirib
    windows-11-in-meshurluq-seviyyesi-micreosoft-u-sozun-yaxsi-menasinda-teeccublendirib