main-post-cover

    Google Play Protect bundan sonra istifadəçiləri zərərli tətbiqlərdən daha yaxşı qoruyacaq

    Əməliyyat sistemləri
    19.10.2023
    Emil Nəcəfov
         Google şirkəti istifadəçinin smartfonunu zərərli tətbiqlərdən qorumağa imkan verən təhlükəsizlik tədbirlərini gücləndirib. Bunun üçün şirkət Play Protect funksiyasının çalışma mexanizmini yeniləyib. Belə ki, sözügedən funksiya real zaman ərzində smartfona quraşdırılan tətbiqin skan edilməsi imkanını əldə edib. Bu və ya digər tətbiqin smartfona quraşdırılmasından öncə Play Protect funksiyası istifadəçiyə onun skan edilməsini təklif edəcək.
         Skan prosesi çərçivəsində tətbiqdə hər hansısa zərərli faktorun aşkar ediləcəyi halda sistem bu barədə məlumatı istifadəçiyə skan prosesinin sonunda təqdim edəcək. Bununla belə bu yeni funksiya tətbiqin hansı mənbədən quraşdırılmasından asılı olmayaraq çalışır. Google Play Store və ya kənar tətbiq mağazaları. Google bildirib ki, bundan sonra Play Protect funksiyası tətbiqləri proqram təminatı kodu səviyyəsində analiz edəcək. Yenilənmiş Play Protect ilkin mərhələdə Hindistanda istifadəyə veriləcək. Daha sonra isə bu yeni funksiya digər ölkələrdə də aktiv olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Android 14-də yeni təhlükəsizlik funksiyası aşkar edilib
    android-14-de-yeni-tehlukesizlik-funksiyasi-askar-edilib
    Google Chrome brauzerinin Android versiyasına yeni təhlükəsizlik funksiyaları əlavə edilib
    google-chrome-brauzerinin-android-versiyasina-yeni-tehlukesizlik-funksiyalari-elave-edilib
    Avropa komissiyası Google şirkətini 4.3 milyard avro dəyərində cərimələdi
    avropa-komissiyasi-google-sirketini-4-3-milyard-avro-deyerinde-cerimeledi