Avropa komissiyası Google şirkətini 4.3 milyard avro dəyərində cərimələdi
Elm & Texnologiya
18.07.2018
Emil Nəcəfov
Avropa komissiyası Google şirkətinin daxil olduğu Alphabet korporasiyasını 4.3 milyard avro dəyərində cərimələyib. Bunun səbəbi isə şirkətin monopoliya sahəsindəki qanunvericiliyi pozmasındadır. New York Times-ın verdiyi məlumata əsasən bu məbləğ antimonopoliya sahəsində ən böyüyüdür. Komissiya qərar verib ki, Google şirkəti Android əməliyyat sistemi əsasında çalışan smartfonlar bazarındakı hegemonluğundan istifadə edərək öz axtarış sisteminin inkişafına nail olub. Komissiyanın tədqiqatında deyilir ki, şirkət öz smartfonlarına məşhur axtarış sistemini və Chrome brauzerini inteqrasiya edən istehsalçılara pul ödəyib.
Beləliklə Google 90 gün ərzində komissiyanın şərtlərini yerinə yetirməlidir. Əks halda o, digər cərimələri də ödəməli olacaq. Google isə öz növbəsində komissiyanın qərarını appelyasiya məhkəməsinə verə bilər. Lakin 1 il bundan pncə şirkət eyni üsul ilə komissiyanın fikrini dəyişə bilməmişdi. Həmin vaxtda cərimə məbləği 2.4 milyard avro təşkil etmişdi. Mütəxəssislərin fikrincə 4 milyard avronun itirilməsi şirkətin işinə heç bir təsir göstərməyəcək. Belə ki, şirkət hər 16 gündən bir bu cür məbləğdə gəlir əldə edir. Hələ 2017-ci ildə şirkət təkcə Avropada rəqəmsal reklamın satılması üzərindən 25 milyard avro gəlir əldə etmişdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!