Windows on Arm artıq oyunlar üçün hazırdır
Digər
20.11.2025
Sevinc Miralızadə
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Qualcomm bu həftə yeni Snapdragon Control Panel tətbiqini istifadəyə verir. Tətbiq Snapdragon X Elite cihazında quraşdırılmış oyunları avtomatik aşkar edir və onları optimallaşdırır. Panel AMD və Nvidia-nın idarəetmə tətbiqlərinə bənzəyir və aşağıdakı parametrləri tənzimləməyə imkan verir:
- Kadr sürəti limitləri
- Anti-aliasing
- Tekstura filtrləmə
- Qrafik keyfiyyətinə aid digər seçimlər
Həmçinin, tətbiq vasitəsilə ən son Adreno GPU sürücülərini quraşdırmaq mümkündür. Bu sürücülər yeni oyunlar üçün optimallaşdırılıb və performansla stabilliyi artırır. Qualcomm-un məlumatına görə, ötən ildən bəri 100-dən çox oyun üçün düzəlişlər edilib.
Windows on Arm oyun təcrübəsini gücləndirən ən böyük yeniliklərdən biri Microsoft-un Prism emulyatoruna gətirdiyi AVX (Advanced Vector Extensions) dəstəyidir. Bu texnologiya bir çox oyun və yaradıcı tətbiqlər üçün tələb olunur.
Qualcomm-un yeni Snapdragon X2 Elite prosessorları isə AVX2 emulyasiyasını dəstəkləyir. Mövcud Snapdragon X seriyalı cihazlara isə yaxın həftələrdə bu yeniləmə təqdim olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Call of Duty: Black Ops 7 yayımlandı
Call of Duty: Black Ops 7 yayımlandı
Oyunçulara yeni 18 multiplayer xəritəsi və genişləndirilmiş Dark Aether Zombies təcrübəsi təqdim olunub.
Roblox bütün istifadəçilərə məcburi yaş doğrulaması tətbiq edəcək
Roblox bütün istifadəçilərə məcburi yaş doğrulaması tətbiq edəcək
Roblox yanvardan etibarən çat funksiyasına giriş üçün bütün istifadəçilərdən üz tanıma ilə yaş doğrulaması tələb edəcək və ünsiyyəti yaş qrupları əsasında məhdudlaşdıracaq.
Xbox Game Pass-in noyabr üçün yeni oyun dalğası açıqlanıb
Xbox Game Pass-in noyabr üçün yeni oyun dalğası açıqlanıb
"Microsoft" Xbox Game Pass-in noyabr ayı üçün Moonlighter 2, The Crew Motorfest və Marvel Cosmic Invasion kimi diqqətçəkən oyunların daxil olduğu yeni ikinci oyun dalğasını açıqlayıb.
EA özünün F1 yarış oyun seriyası ilə bağlı böyük dəyişikliklər elan edib
EA özünün F1 yarış oyun seriyası ilə bağlı böyük dəyişikliklər elan edib
Şirkət bildirir ki, gələn il yeni oyun buraxmaq əvəzinə, “F1 Franchise üçün strateji yenidənqurma”nın bir hissəsi olaraq F1 25 üçün ödənişli genişlənmə paketi təqdim ediləcək
Microsoft mətnlərin Windows-dan Android-ə ötürülməsi imkanını hazırlayır
Microsoft mətnlərin Windows-dan Android-ə ötürülməsi imkanını hazırlayır
Microsoft kompüter və smartfon sahibləri üçün faydalı bir funksiya hazırlayır. Hazırlanan funksiya Windows əməliyyat sistemli kompüterdəki mətni kopyalayıb onu birbaşa Android cihazına yerləşdirməyə imkan verəcək.
Həftənin xəbərləri