EA özünün F1 yarış oyun seriyası ilə bağlı böyük dəyişikliklər elan edib
Digər
19.11.2025
Sevinc Miralızadə
EA 2026-cı ildə yeni F1 oyunu çıxarmaq əvəzinə F1 25 üçün ödənişli DLC buraxacaq və növbəti tamhəcmli, yenilənmiş F1 oyunu 2027-ci ildə təqdim olunacaq. EA-nın məlumatına görə, "F1 25" üçün 2026-cı il DLC-si “premium məzmun yeniləməsi” kimi təqdim ediləcək və idmanda 2026-cı ildə baş tutacaq böyük dəyişikliklərlə uyğunlaşdırılacaq. Bu genişlənmə paketi azarkeşlərə yeni idman qaydaları, komandalar və pilotlar təqdim edəcək. Genişlənmənin dəqiq buraxılış vaxtı və qiyməti 2026-cı il ərzində açıqlanacaq.
EA 2027-ci il oyunu ilə bağlı konkret detallara çox toxunmasa da, növbəti layihənin Formula 1-in həyəcanını və dinamizmini daha dərin və innovativ şəkildə əks etdirən, daha geniş oyun təcrübəsi təqdim edən bir konsepsiya olacağını bildirir. Qeyd edək ki, Apple da F1 sahəsinə böyük investisiya edir. Şirkət növbəti ildən ABŞ-də F1 yarışlarının yayım hüquqlarını əldə edərək, onları Apple TV üzərindən yayımlamağı planlaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
New York şəhəri, məhbuslar üçün 59 min dollara PlayStation oyunları alıb!
New York şəhəri, məhbuslar üçün 59 min dollara PlayStation oyunları alıb!
New York İslah Departamentinin əməkdaşları, məhbuslarda yaxşı davranışı təşviq etmək üçün 1247 video oyuna 59 min dollar pul xərcləyiblər.
Tetris, 40 ildən sonra yenilənmiş versiya ilə geri qayıdır!
Tetris, 40 ildən sonra yenilənmiş versiya ilə geri qayıdır!
Tetris oyun seriyası, bu gün 40 illik yubileyini qeyd edir. 2 mobil versiya oyunu üçün böyük yeniləmə təqdim edilib.
Məşhur futbolçu Erling Haaland populyar mobil oyun olan Clash of Clans-a personaj kimi əlavə edilib! (VİDEO)
Məşhur futbolçu Erling Haaland populyar mobil oyun olan Clash of Clans-a personaj kimi əlavə edilib! (VİDEO)
"Mançester Siti"nin hücumçusu Erling Haaland "Clash of Clans" oyununa oynana bilən personaj kimi qatılıb.
Həftənin xəbərləri