Hollivudda dələduzluq işi: Rejissor 11 milyon dolları mənimsəyib
Digər
15.12.2025
Sevinc Miralızadə
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Hollivud rejissoru Carl Erik Rinsch Netflix-i 11 milyon dollar məbləğində dələduzluq yolu ilə aldatmaqda təqsirli bilinib. Deadline nəşrinin məlumatına görə, Nyu-York məhkəməsində keçirilən iclasda münsiflər heyəti Rinsch-i bir neçə maddə üzrə, o cümlədən maliyyə fırıldağı və çirkli pulların yuyulması ittihamları ilə günahkar hesab edib.
“47 Ronin” filmi ilə tanınan rejissor 2024-cü ilin mart ayında rəsmi olaraq ittiham olunmuşdu. ABŞ prokurorlarının bildirdiyinə görə, Rinsch Netflix-dən aldığı 11 milyon dolları planlaşdırılan elmi-fantastik serialın tamamlanması üçün deyil, şəxsi məqsədləri üçün istifadə edib. Söhbət əvvəlcə “White Horse”, daha sonra isə “Conquest” adlandırılan serial layihəsindən gedir. Məhkəmənin qərarı ilə Rinsch dələduzluq və maliyyə cinayətlərinə görə məsuliyyətə cəlb olunub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Netflix Warner Bros.-u alsa nə dəyişəcək?
Netflix Warner Bros.-u alsa nə dəyişəcək?
Netflix-in Warner Bros.-u almaq cəhdi texnologiya nəhənglərinin Hollivud üzərində artan təsirini göstərir və bu addım şirkət üçün fürsət, sənaye üçün isə ciddi risk kimi qiymətləndirilir.
Paramount-dan Warner Bros üçün 108 milyard dollarlıq təklif!
Paramount-dan Warner Bros üçün 108 milyard dollarlıq təklif!
Paramount Netflix-i geridə qoymaq üçün Warner Bros Discovery-ni 108 milyard dollara almağa çalışaraq böyük güc mübarizəsini daha da gərginləşdirdi.
Netflix CEO-su Warner Bros.-u almadan əvvəl Ağ Evə səfər edib
Netflix CEO-su Warner Bros.-u almadan əvvəl Ağ Evə səfər edib
Görüşdə bir sıra mövzular müzakirə olunsa da, əsas diqqət Netflix-in Warner Bros.-a təklif vermək planına yönəlib.
Netflix Warner Bros.-u 82,7 milyard dollarlıq sövdələşmə ilə satın alır
Netflix Warner Bros.-u 82,7 milyard dollarlıq sövdələşmə ilə satın alır
Netflix Warner Bros.-un bazar dəyəri 60 milyard dollar olduğu halda, şirkəti almaq üçün 72 milyard dollar investisiya qoyur.
Netflix Red Dead Redemption oyununu rəsmi olaraq mobil cihazlara gətirib
Netflix Red Dead Redemption oyununu rəsmi olaraq mobil cihazlara gətirib
Netflix oyun kataloqunu genişləndirərək Red Dead Redemption-un mobil versiyasını rəsmi şəkildə istifadəyə verib
Həftənin xəbərləri