main-post-cover

    Paramount-dan Warner Bros üçün 108 milyard dollarlıq təklif!

    Digər
    09.12.2025
    Sevinc Miralızadə
        Technote.az “Reuters” platformasına istinadən bildirir ki, Paramount Skydance bazar ertəsi Warner Bros Discovery (WBD) üçün 108,4 milyard dollarlıq satınalma təklifi irəli sürərək Netflix və Comcast-la davam edən yarışa yeni nəfəs gətirdi. Bu addım Netflix-in cümə günü Warner Bros Discovery-nin TV, kino studiyaları və yayım aktivləri üçün 72 milyard dollarlıq müqavilə ilə yarışda önə keçməsindən sonra atılıb.
        Warner Bros Discovery-nin Direktorlar Şurası Paramount-un təklifini nəzərdən keçirəcəyini açıqlasa da, hazırda Netflix-in təklifi ilə bağlı əvvəlki tövsiyəsini dəyişmədiyini və şirkətə “bu mərhələdə heç bir addım atmamağı” məsləhət gördüyünü bildirib.
        Wall Street Journal-ın məlumatına görə, Netflix müqaviləsi elan edildikdən sonra Larry Ellison ABŞ prezidenti Donald Trump-a zəng edərək sövdələşmənin rəqabətə zərər vuracağını bildirib.
         Paramount-un mövqeyinə görə, şirkətin Warner Bros Discovery-nin tamamını almağı nəzərdə tutan təklifi həm daha yüksək, əlavə 18 milyard dollar nağd vəsait təmin edir, həm də tənzimləyici təsdiq baxımından daha rahat yol vəd edir. Şirkət hesab edir ki, Paramount–Warner Bros birləşməsi Hollivudu, kino industriyasını və istehlakçıları gücləndirəcək, rəqabəti artıracaq.
         Paramount-un təklifi Warner Bros Discovery-nin bütün kabel televiziya şəbəkələrini də əhatə edir. Netflix-in təklifi isə yalnız Warner Bros-un kino və TV studiyalarını, HBO və HBO Max yayım xidmətini əhatə edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Netflix CEO-su Warner Bros.-u almadan əvvəl Ağ Evə səfər edib
    netflix-ceo-su-warner-bros-u-almadan-evvel-ag-eve-sefer-edib
    Netflix Warner Bros.-u 82,7 milyard dollarlıq sövdələşmə ilə satın alır
    netflix-warner-bros-u-827-milyard-dollarliq-sovdelesme-ile-satin-alir
    Netflix Red Dead Redemption oyununu rəsmi olaraq mobil cihazlara gətirib
    netflix-red-dead-redemption-oyununu-resmi-olaraq-mobil-cihazlara-getirib
    Netflix üç illik MLB canlı yayım hüquqları əldə edib
    netflix-uc-illik-mlb-canli-yayim-huquqlari-elde-edib
    Netflix öz serialında süni intellektdən istifadəni etiraf edib
    netflix-oz-serialinda-suni-intellektden-istifadeni-etiraf-edib