Tetris, 40 ildən sonra yenilənmiş versiya ilə geri qayıdır!
Proqram Təminatı
07.06.2024
Farid Pardashunas
Tetris oyun seriyası, bu gün 40 illik yubileyini qeyd edir. 2 mobil versiya oyunu üçün böyük yeniləmə təqdim edilib.
Tetris konsepsiyası, ilk dəfə 1984-cü ildə Alexey Pajitnov tərəfindən hazırlanmışdır. Oyunun ilk yaranma tarixindən bu günə qədər 40 il keçsə də, playSTUDIOS, Tetris oyununu yeni nəsillərə təqdim etməyə davam edir. Əsas oyun tərzini qoruyaraq oyunu yeniləyən studiya, keçən ildən etibarən Tetrisin mobil hüquqlarını idarə edir. Şirkət, ilk olaraq tapmaca həvəskarları üçün nəzərdə tutulmuş "Tetris Block Puzzle"ı təqdim edib. Android və iOS-a standart Tetris mexanikasını gətirən bu oyun, zamanla müxtəlif oyun rejimlərilə daha inkişaf etdi və bu gün də minlərlə oyunçuya müraciət etməkdə davam edir.
Tetris mobil oyunu, 40 illik yubileyi üçün xüsusi olaraq yenilənmiş animasiyalar, səs effektləri və oyun rejimləri ilə yenilənib. Bu rejimlərə, daha sürətli Marafon və məqsədyönlü Macəra rejimləri daxildir. Yeniləmələrin əsas istiqamətlərindən biri Tetris oyunçularını myVIP proqramı vasitəsilə mükafatlandırmaq olacaq. Oyunçular indi Tetris oyunu vasitəsilə Tetris Block Puzzle və xüsusi məhsullar kimi lotereyalarda iştirak edə və Tetrisin tərtibatçısı ilə görüşə biləcəklər. Bundan əlavə, əyləncə kartları üçün istifadə edilə bilən xallar da təklif olunur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Məşhur futbolçu Erling Haaland populyar mobil oyun olan Clash of Clans-a personaj kimi əlavə edilib! (VİDEO)
Məşhur futbolçu Erling Haaland populyar mobil oyun olan Clash of Clans-a personaj kimi əlavə edilib! (VİDEO)
"Mançester Siti"nin hücumçusu Erling Haaland "Clash of Clans" oyununa oynana bilən personaj kimi qatılıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ