Dünyada ilk dəfə bir oyunçu Tetris oyununda 255-ci səviyyəni keçərək rekord qırıb! (VİDEO)
Digər
08.10.2024
Farid Pardashunas
16 yaşlı Michael Artiaga, Tetris tarixində 255-ci səviyyəni keçən ilk oyunçu kimi dünya rekordu qırıb.
Məlumatlara görə, Artiaga bu uğura Twitch-də yüzlərlə insanın izlədiyi yayım zamanı nail olub. Belə ki, o, 80 dəqiqə ərzində təxminən 3.300 sətri təmizləyib. Artiaga-nın nailiyyəti isə yeni texnikalar yaranana qədər mümkün olmayan bir uğur kimi qiymətləndirilib. Oyunçu, Tetris NES-in 155-ci səviyyədən sonra çökməsinin qarşısını alan xüsusi bir versiyada oynayaraq bu uğura nail olub. Bu ilin əvvəlində "Blu Scoti" kimi tanınan Willis Gibson, 157-ci səviyyəyə çataraq rekord qırmışdı. Bu da Artiaga-nın nailiyyətinin nə qədər təsir edici olduğunu göstərir.
Yuxarıdakı videoda 255-ci səviyyədə parçaların nə qədər sürətlə keçdiyini görə bilərsiniz. O, bu səviyyəni keçdikdən sonra 0-cı səviyyəyə qayıdaraq "yenidən doğuşu" həyata keçirir. Daha sonra yorulmadan davam edir və 91-ci səviyyəyə qədər çatır. O, həmçinin 29.486.164 xal toplayaraq Alex Thach-a məxsus 12 milyonluq dünya rekordunu da qırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tetris, 40 ildən sonra yenilənmiş versiya ilə geri qayıdır!
Tetris, 40 ildən sonra yenilənmiş versiya ilə geri qayıdır!
Tetris oyun seriyası, bu gün 40 illik yubileyini qeyd edir. 2 mobil versiya oyunu üçün böyük yeniləmə təqdim edilib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!