main-post-cover

    Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək

    Digər
    15.04.2025
    Emil Nəcəfov
         Sahibkarların müxtəlif resurslara çıxışını dəstəkləyən, onlara sürətli və sərfəli maliyyə həlləri təqdim edən Birbank Biznes, bu dəfə regionda yaşayan sahibkarlara dəstək olacaq. Belə ki, Sahibkarlar Günü münasibətilə 26 aprel tarixində Gəncə şəhərində satış yarmarkası təşkil ediləcək. 
         Tədbirdə Birbank Biznes mobil tətbiqindən qeydiyyatdan keçən, aktiv olan, eləcə də Gəncə və ətraf regionlarda fəaliyyət göstərən mikro sahibkarlar iştirak edə biləcəklər. Bütün şərtlərə uyğun olan sahibkarlardan təsadüfi yolla seçilənlər yarmarkada heç bir ödəniş etmədən iştirak şansı qazanacaqlar. 
         Qeyd edək ki, tədbir 26 aprel 2025-ci il tarixində saat 10:00-dan 22:00-a dək Gəncə şəhəri, Heydər Əliyev prospekti 433 ünvanında yerləşən “Gəncə Mall”-da baş tutacaq. Tədbirin sonunda iştirakçılar və qonaqlar üçün əyləncəli proqram təşkil ediləcək.
         Birbank Biznes bu təşəbbüslə sahibkarların fəaliyyətini dəstəkləməyi və onların bizneslərinin tanıdılması, inkişafı üçün yeni imkanlar yaratmağı hədəfləyir. Layihə sahibkarların məhsullarını tanıtmaqla yanaşı, həm də onların iqtisadi inkişafını dəstəkləməyə və bir-birlərini tanıyıb yeni əlaqələr qurmalarına yönəlib. Həmçinin, yarmarka regionda müxtəlif biznes sahələrində fəaliyyət göstərən sahibkarların məhsul və xidmətlərini daha geniş auditoriyaya təqdim etmələrini təmin edəcək, iqtisadi əlaqələrin genişlənməsi və rəqabət qabiliyyətinin artırılması üçün də zəmin yaradacaq.
         Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Kapital Bank 2025-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini elan edib
    kapital-bank-2025-ci-ilin-1-ci-rubu-uzre-maliyye-neticelerini-elan-edib
    Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla baş çatdı
    birbank-in-sponsorlugu-ile-azerbaycan-biznes-keys-yarismasinin-final-merhelesi-ugurla-bas-catdi
    Birbank QR ödənişləri ilə 30 gün gözləmədən ƏDV-ni dərhal geri alın
    birbank-qr-odenisleri-ile-30-gun-gozlemeden-edv-ni-derhal-geri-alin
    Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
    birbank-filip-kotlerin-muasir-marketinqin-esaslari-kitabinda-yer-alacaq
    Kapital Bank-ın dəstəyi ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı başa çatdı
    kapital-bank-in-desteyi-ile-ne-harada-ne-zaman-oyunu-uzre-respublika-cempionati-basa-catdi