main-post-cover

    Birbank QR ödənişləri ilə 30 gün gözləmədən ƏDV-ni dərhal geri alın

    Digər
    08.04.2025
    Emil Nəcəfov
         Birbank müştərilərinin həyatını asanlaşdıran yeniliklərlə xidmətini genişləndirməyə davam edir. Artıq QR ödənişləri ilə alış-veriş edərkən ƏDV məbləğini 30 gün gözləmədən dərhal geri almaq mümkün olacaq.
        Bunun üçün ödənişlər Birbank mobil tətbiqinin skan funksiyasından istifadə etməklə, eləcə də Birbank kartı ilə həyata keçirilməlidir. ƏDV məbləği isə ödəniş qəbzi Birbank mobil tətbiqinə əlavə edildikdən dərhal sonra “ƏDV geri al” balansına əlavə olunacaq. Bu imkan yalnız Birbank və PAŞA Bank-a məxsus POS terminallarda edilən və m10 QR ödənişlərinə şamil edilir.
         Qeyd edək ki, “ƏDV geri al” portalında bir istifadəçi gün ərzində maksimum 10, ay ərzində isə 50 qəbz üzrə ƏDV-nin dərhal qaytarılması imkanından faydalana bilər. ƏDV-nin dərhal geri alınması hər biri 200 AZN-dən çox olmayan ödənişlərə şamil edilir.
         Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
    birbank-filip-kotlerin-muasir-marketinqin-esaslari-kitabinda-yer-alacaq
    Kapital Bank-ın dəstəyi ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı başa çatdı
    kapital-bank-in-desteyi-ile-ne-harada-ne-zaman-oyunu-uzre-respublika-cempionati-basa-catdi
    Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
    kapital-bank-in-idare-heyetinin-sedri-ferid-huseynov-yukselis-musabiqesinin-qalibi-ile-gorusub
    “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Birbank da qoşuldu
    batareyalari-tehvil-ver-tebieti-qoru-layihesine-birbank-da-qosuldu
    Birbank-da daşınmaz əmlak üzrə ƏDV-nin 30%-ni geri almaq imkanı davam edir
    birbank-da-dasinmaz-emlak-uzre-edv-nin-30-ni-geri-almaq-imkani-davam-edir