
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Digər
02.07.2025
Emil Nəcəfov
Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi-nin mühüm parçası olan aparıcı onlayn alış-veriş platforması Umico rebrendinq edərək müştərilərinə Birmarket adı ilə xidmət göstərir. 2 milyondan çox müştərinin etibar etdiyi Birmarket elektronika, məişət texnikası, şəxsi qulluq vasitələri, gözəllik məhsulları, ev əşyaları, istirahət və əyləncə də daxil olmaqla onlarla kateqoriyada minlərlə məhsul çeşidi təklif edir.
Platforma təkcə məhsul çeşidinin zənginliyi ilə deyil, həm də təqdim etdiyi rahatlıq və əlçatanlıqla seçilir. Müştərilər sifarişlərini ya kuryer vasitəsilə birbaşa ünvanlarında, ya da ölkə üzrə fəaliyyət göstərən 850-dən çox “Al-apar” təhvil məntəqəsindən əldə edə bilərlər. 24 ayadək hissə-hissə ödəmə, taksit və yerində kredit imkanları isə istifadəçilərə arzuladıqları məhsullara asanlıqla sahib olmaq üçün sərhədsiz alış-veriş fürsəti yaradır. Qeyd edək ki, rebrendinq çərçivəsində 1 iyul 2025-ci il tarixindən etibarən Umico mobil tətbiqi mərhələli şəkildə Birmarket tətbiqinə çevrilir. İstifadəçilər sadəcə tətbiqi yeniləməklə mövcud hesablar, sifarişlər və bonus proqramlarından heç bir dəyişiklik olmadan istifadə etməyə davam edə bilərlər.

Bir ekosistem-in Baş İcraçı Direktoru Fərid Məmmədov bu inkişaf mərhələsi ilə bağlı qeyd edib: “Ölkənin ilk onlayn alış-veriş platforması kimi Umico bizim üçün möhkəm bir başlanğıc idi. Lakin qısa zamanda biz yalnız böyümədik, dəyişdik, inkişaf etdik və ölkəmizin müştəri təcrübəsindəki dəyər zəncirinin əsas hissəsinə çevrildik. Umico – indiki adı ilə Birmarket bu dəyişimin və inkişafın əsas komponentlərindəndir. Birmarket təkcə alış-veriş platforması deyil, insanların gündəlik həyatına dəyər qatan, alış-verişi, bonus imkanlarını və bir çox xidməti bir araya gətirən vahid bir təcrübədir”.
Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu

Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tirajın nəticələrinə əsasən 100 iştirakçı qalib adını qazanıb. Qaliblər ötən həftə keçirilən tədbirdə hədiyyələrini əldə edib, həmçinin öz təəssüratlarını iştirakçılarla bölüşüblər.
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf proqramı uğurla başa çatıb.
Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı

Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı
Hər il ölkəmizdə keçirilən vacib beynəlxalq maliyyə tədbirlərindən biri olan “FINTEX SUMMIT 2025” başa çatıb. Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Visa beynəlxalq ödəniş sisteminin sponsorluğu, Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən tədbir “Bankçılıq və maliyyə ekosistemində yeni trendlər: Rəqəmsal inteqrasiya, fintex tərəfdaşlıqları və kibertəhlükəsizlik” mövzusuna həsr olunub.
Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi baş tutub

Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi baş tutub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı keçirilib. Açılış mərasimində İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq və “AzərEnerji” ASC-nin nümayəndələri iştirak ediblər.
İnvestisiya dünyasına Birbank Invest-lə addım atın, daha çox qazanın!

İnvestisiya dünyasına Birbank Invest-lə addım atın, daha çox qazanın!
Rəqəmsal yeniliklərdə sərhəd tanımayan Birbank bu dəfə müştərilərinə investisiya dünyasının qapılarını açır. Belə ki, 3 milyondan çox aktiv istifadəçisi olan Birbank ailəsinə tamamilə yeni mobil tətbiq – Birbank Invest qoşulur.
Həftənin xəbərləri

