
Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı
Digər
25.06.2025
Emil Nəcəfov
Hər il ölkəmizdə keçirilən vacib beynəlxalq maliyyə tədbirlərindən biri olan “FINTEX SUMMIT 2025” başa çatıb. Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Visa beynəlxalq ödəniş sisteminin sponsorluğu, Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən tədbir “Bankçılıq və maliyyə ekosistemində yeni trendlər: Rəqəmsal inteqrasiya, fintex tərəfdaşlıqları və kibertəhlükəsizlik” mövzusuna həsr olunub.
Sammit çərçivəsində təşkil edilən 7 paneldə ekspertlər maliyyə texnologiyalarının tətbiqi, rəqəmsal ödəniş ekosistemləri, süni intellektin bankçılıqda istifadəsi, açıq bankçılıq və dinamik şəkildə inkişaf edən bank-fintex əməkdaşlıq modelləri, kibertəhlükəsizlik və rəqəmsal mühitdə məlumatların mühafizəsi üzrə çağırışlar ətrafında geniş fikir mübadilələri aparıblar.
Visa-nın Azərbaycan üzrə regional lideri Nurlan Hacıyevin moderatorluğu ilə keçirilən “Rəqəmsal Azərbaycan: Visa ilə birgə ödəniş sənayesinin gələcəyi” adlı panel daxilində baş tutan “Gələcəyi formalaşdırmaq: Kapital Bank-ın Azərbaycanın rəqəmsal bankçılığının inkişafındakı rolu” ssesiyasında bankın Ödəniş sistemləri ofisinin lideri Zakir Xanməmmədov da ekspert qismində iştirak edib. O, xüsusən bankçılığın gələcəyi, yaxın dövr ərzində maliyyə sektorunun perspektivləri mövzusunda fikirlərini qeyd edib. “Bank sektoru qarşıdakı illərdə ciddi transformasiyaya uğrayacaq. Biz bu dəyişiklikləri bir çox istiqamətdə görəcəyik. Süni intellekt əməliyyatlar, analizlər və müştəri xidmətləri də daxil olmaqla hər sahədə tətbiq ediləcək. Klassik kart infrastrukturu azalacaq, onun yerini biometrik və token əsaslı identifikasiya alacaq. Xüsusilə Cənubi Qafqaz regionunda rəqəmsal ticarətin sürətlə böyüdüyünün şahidi olacağıq. Bu gün müştərilər daha sürətli, daha stabil, daha inklüziv və daha təhlükəsiz xidmətlər gözləyir. Biz də Kapital Bank olaraq bu gözləntiləri qarşılamaq üçün texnologiya, innovasiya və müştəri yönümlü yanaşmanı birləşdirir və gələcək fəaliyyətimizi bu istiqamətdə qururuq”.

Zakir Xanməmmədov həmçinin çıxışında qeyd edib ki, “Hələ 2018-ci ildə Birbank mobil tətbiqini müştərilərə təqdim etdiyimiz vaxt tətbiqin cəmi 30 000 min istifadəçisi var idi. Bu gün isə 3 milyondan çox istifadəçi Birbank mobil tətbiqinə etibar edir. Rahatlıqla deyə bilərəm ki, Birbank sadəcə mobil tətbiq deyil, həm də ölkənin maliyyə sahəsinin rəqəmsal tranformasiyasında, eləcə də insanların maliyyə davranışlarının formalaşmasında önəmli rola sahibdir. Nəqliyyatdan alış-verişə, onlayn ödənişlərdən QR ödənişlərə qədər bütün həllərin bir mobil tətbiq daxilində təqdim edilməsi həqiqətən də ölkə əhəmiyyətli bir hadisədir”.
Qeyd edək ki, 300-ə yaxın beynəlxalq və regional təşkilatın iştirak etdiyi tədbirdə 50-yə yaxın yerli və beynəlxalq spiker maliyyə texnologiyalarındakı trendləri və təcrübələrini bölüşüblər.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi baş tutub

Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi baş tutub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı keçirilib. Açılış mərasimində İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq və “AzərEnerji” ASC-nin nümayəndələri iştirak ediblər.
İnvestisiya dünyasına Birbank Invest-lə addım atın, daha çox qazanın!

İnvestisiya dünyasına Birbank Invest-lə addım atın, daha çox qazanın!
Rəqəmsal yeniliklərdə sərhəd tanımayan Birbank bu dəfə müştərilərinə investisiya dünyasının qapılarını açır. Belə ki, 3 milyondan çox aktiv istifadəçisi olan Birbank ailəsinə tamamilə yeni mobil tətbiq – Birbank Invest qoşulur.
Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “Yerli şirkətlərin tanıtım sərgisi” başa çatdı

Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “Yerli şirkətlərin tanıtım sərgisi” başa çatdı
18-21 iyun 2025-ci il tarixində paytaxt Bakıda 300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilib. Kapital Bank-ın rəsmi tərəfdaşlığı ilə keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” yerli məhsul və xidmətlərin təqdim edildiyi ən böyük platformalardan biridir.
18 nömrəli tam orta məktəbdə bullinqə qarşı maarifləndirmə sessiyaları keçirildi

18 nömrəli tam orta məktəbdə bullinqə qarşı maarifləndirmə sessiyaları keçirildi
Bullinq şagirdlərin psixoloji sağlamlığını ciddi şəkildə pozan, onların inkişafına mənfi təsir göstərən, özlərinə inamını və sosial bacarıqlarını zədələyən hərəkətlərdir. Bu səbəbdən də bullinqin qarşısını almaq və məktəblərdə sağlam psixoloji mühit yaratmaq son dərəcə vacibdir.
Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!

Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!
Ölkənin ilk rəqəmsal bankı Birbank, innovasiya və sürət lideri “Bakcell”-lə əməkdaşlıq çərçivəsində ölkədə bir ilkə imza atır. Belə ki, müştərilər “Bakcell”-in yalnız “Birinci” tarifinə aid boş SIM kartlarını əldə edərək, zərfin içərisində təqdim olunan QR kod vasitəsilə nömrəni onlayn formada, heç bir sənəd təqdim etmədən aktivləşdirə və unikal imkanlardan faydalanmaq şansı qaznırlar.
Həftənin xəbərləri

