main-post-cover

    ABŞ ştatları Uber-i məhkəməyə verir

    Digər
    16.12.2025
    Sevinc Miralızadə
        Technote.az "The Verge” platformasına istinadən bildirir ki, ABŞ-də 21 ştat və Kolumbiya Dairəsi (DC) Federal Ticarət Komissiyasının (FTC) Uber-ə qarşı açdığı məhkəmə iddiasına qoşulub. Yenilənmiş iddiaya əsasən, Uber istifadəçilərin razılığı olmadan Uber One abunəliyi üçün ödənişlər aparıb, pulsuz sınaq müddəti bitməmişdən əvvəl hesabdan pul çıxıb və abunəliklə nə qədər qənaət ediləcəyi barədə yanıldıcı məlumatlar verib.
    Elevate Your Journeys: Introducing Uber One Membership with 10% rewards in Uber  One credits | Uber Newsroom
        İddiaya görə, Uber One abunəliyini ləğv etmək də olduqca çətin proses olub: istifadəçilər bəzən 23 ekrandan keçməli32 ayrı əməliyyat icra etməli olublar. Bu isə istehlakçıların hüquqlarının pozulması kimi qiymətləndirilir. Məhkəməyə qoşulan ştatlar sırasında Alabama, Arizona, Kaliforniya, Konnektikut, İllinoys, Merilend, Miçiqan, Minnesota, Missuri, Montana, Nebraska, Nyu-Hempşir, Nyu-Cersi, Nyu-York, Şimali Karolina, Ohayo, Oklahoma, Pensilvaniya, Virciniya, Qərbi Virciniya və Viskonsin yer alır. Rəsmi açıqlamada bildirilib ki, yenilənmiş iddia Restore Online Shoppers’ Confidence Act və ştat qanunlarının pozulmasına görə mülki cərimələrin tətbiqini də tələb edir.
        Uber isə ittihamları rədd edib. Şirkət bildirib ki, hazırda abunəliyin ləğvi istənilən vaxt tətbiq daxilində mümkündür və bu proses əksər istifadəçilər üçün 20 saniyədən az vaxt aparır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Uber YOUBER funksiyasını təqdim edib
    uber-youber-funksiyasini-teqdim-edib
    Uber mobil tətbiqsiz taksi sifarişi üçün kiosklar quraşdırır
    uber-mobil-tetbiqsiz-taksi-sifarisi-ucun-kiosklar-qurasdirir
    Uber Dallasda robotaksi xidmətinə başlayır
    uber-dallasda-robotaksi-xidmetine-baslayir
    Uber Google üçün AI alətləri hazırlayan qrupu işdən çıxardı
    uber-google-ucun-ai-aletleri-hazirlayan-qrupu-isden-cixardi
    Uber One ailə paylaşımını aktivləşdirib
    uber-one-aile-paylasimini-aktivlesdirib