main-post-cover

    Asiyanın ən varlı adamı "insanabənzər robot" rəqabətinə qoşulub!

    Elm & Texnologiya
    20.11.2024
    Farid Pardashunas

         Asiyanın ən varlı insanı, milyarder Mukesh Ambani, Addverb Technologies şirkəti ilə birlikdə insanabənzər robot yarışına qoşulub. Şirkət ilk insanabənzər robotunu 2025-ci ildə təqdim edəcəyini bildirib.

         Hindistan mərkəzli texnologiya şirkəti Addverb Technologies, Asiyanın ən varlı iş adamı Mukesh Ambani-nin dəstəyi ilə 2025-ci ildə insanabənzər robotlarını bazara çıxarmağa hazırlaşır. Addverb-in baş direktoru Sangeet Kumar, robotların moda, pərakəndə və enerji kimi sahələrdə geniş miqyasda işləri yerinə yetirə biləcəyini bildirib. Ambani-nin sahib olduğu Reliance Group şirkəti bu addımla ABŞ Çin mərkəzli nəhəng rəqiblərlə rəqabət aparmağı hədəfləyir.
         Addverb ilkin mərhələdə Noida şəhərindəki zavodunda ildə təxminən 100 insanabənzər robot istehsal edəcək. Kumar bildirib ki, şirkət yenilikçi dizaynları ilə qlobal bazarda rəqabət aparacaq. Robotlar əvvəlcə Reliance-ın öz biznes sahələrində sınaqdan keçiriləcək, daha sonra isə müdafiə və yaşlılara qulluq kimi sahələrdə əhəmiyyətli rol oynayacaq. Şirkətin robotları süni intellekt və 5G texnologiyalarını da istifadə edəcək. Kumar-ın fikrincə, onların robotları qiymət baxımından Çin bazarını belə üstələyəcək.
         Addverb, Reliance-ın Nvidia, Qualcomm və Intel kimi nəhənglərlə güclü əlaqələrindən istifadə edərək, ən son texnologiyaları robot istehsalında tətbiq etməyi planlaşdırır. Kumar bildirib ki, 2025-ci ilin mart ayına qədər olan maliyyə ilində satışlar 100 milyon dollara yaxınlaşıb və bu satışların təxminən üçdə ikisini xarici müştərilər təşkil edir. Addverb-in 56%-i 2022-ci ildən bu yana Hindistanın bazar dəyəri baxımından ən böyük şirkəti olan Reliance Industries-ə məxsusdur. Hazırda isə insanabənzər robot istehsalına daha çox sərmayə yatırmaq üçün mövcud investorlarla və yeni özəl kapital fondları ilə danışıqlar aparılır.
         Addverb təkcə kommersiya məqsədli insanabənzər robotlar deyil, həmçinin hərbi və kosmik texnologiyalar üçün də böyük planlara malikdir. Kumar bildirib ki, Hindistan müdafiə qüvvələri üçün hazırlanan dördayaqlı robotlar hazırda sınaq mərhələsindədir və dövlət müdafiə şirkəti Bharat Electronics ilə əməkdaşlıq edilir. Bundan əlavə, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) ilə Marsa insanabənzər robot göndərilməsi ilə bağlı ilkin mərhələdə danışıqlar aparıldığını da açıqlayıb.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    NVIDIA və Google kvant prosessorları üçün əməkdaşlığa başlayıb!
    nvidia-ve-google-kvant-prosessorlari-ucun-emekdasliga-baslayib
    Samsung Galaxy S25 smartfonları mobil oyunlarda kadr tezliyinin 120 fps-ə yüksəldilməsi funksiyasını əldə edəcəklər
    samsung-galaxy-s25-smartfonlari-mobil-oyunlarda-kadr-tezliyinin-120-fps-e-yukseldilmesi-funksiyasini-elde-edecekler
    GeForce RTX 5090 olduqca baha qiymətə satılacaq
    geforce-rtx-5090-olduqca-baha-qiymete-satilacaq
    Bir insanın elədiklərini "izləyərək" öyrənən robot hazırlanıb!
    bir-insanin-elediklerini-izleyerek-oyrenen-robot-hazirlanib
    NVIDIA videokartlarının drayverlərində ciddi sistem boşluğu aşkar edilib
    nvidia-videokartlarinin-drayverlerinde-ciddi-sistem-boslugu-askar-edilib