main-post-cover

    Albaniyada süni intellekt köməkçisi nazir təyin edilib

    Süni İntellekt
    12.09.2025
    Emil Nəcəfov
         Albaniyada dövlət alışlarına cavabdeh nazir vəzifəsinə Diella süni intellekt assistenti təyin olunub ki, bu da korrupsiyanı aradan qaldırmağa imkan verəcək. Beləliklə, Albaniya hökumətində nazir vəzifəsində işləyən ilk ölkə olacaq ki, bu vəzifəni süni intellekt icra edəcək. Baş nazir Edi Rama cümə axşamı bəyan edib ki, albanca “günəş” mənasını verən Diella bütün dövlət tenderlərini idarə edəcək. Bu tenderlər əsasında hökumət müxtəlif layihələrin icrası üçün özəl şirkətləri işə götürür. “Diella kabinetin fiziki olaraq mövcud olmayan, süni intellekt tərəfindən virtual yaradılmış ilk üzvüdür” - deyə Rama yeni kabinetini təqdim edərkən bildirib və əlavə edib ki, süni intellekt Albaniyanı dövlət tenderlərinin tamamilə korrupsiyadan azad olduğu ölkəyə çevirməyə kömək edəcək.
         Hökumət başçısının sözlərinə görə, dövlət tenderlərinin qaliblərinin müəyyən edilməsi məsuliyyəti mərhələli şəkildə nazirliklərin üzərindən götürüləcək və dövlət xərclərinin tender prosesində 100% şəffaflığını təmin etmək üçün süni intellektə veriləcək. Diella hər bir tenderi öyrənəcək ki, bu da özəl şirkətlərlə müqavilələrin bağlanmasında obyektivliyin qorunmasına imkan verəcək. Rama may ayında yenidən baş nazir vəzifəsinə təyin olunub. Bundan əvvəl o bildirmişdi ki, süni intellekt korrupsiya ilə mübarizədə təsirli alətə çevrilə bilər və dövlət alışlarında rüşvət, təzyiq və maraqların toqquşmasını aradan qaldırmağa imkan verəcək. Süni intellekt assistenti Diella yanvar ayından dövlətin e-Albania portalında istifadəçilərə məsləhət xidmətləri göstərir və səsli əmrlər vasitəsilə vətəndaşlara dövlət xidmətlərinin təxminən 95%-ni rəqəmsal formatda almaq imkanı yaradır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çat-botlar intihara meylli sorğöuların təyin edilməsi testindən keçə bilməyiblər
    cat-botlar-intihara-meylli-sorgoularin-teyin-edilmesi-testinden-kece-bilmeyibler
    Çində neyromorf süni intellekt modeli təqdim edilib
    cinde-neyromorf-suni-intellekt-modeli-teqdim-edilib
    OpenAI süni intellekt vasitəsilə animasiya filminin istehsalında yardımçı olur
    openai-suni-intellekt-vasitesile-animasiya-filminin-istehsalinda-yardimci-olur
    ABŞ-da pasiyent psixoterapevtin ChatGPT-dən istifadədə yaxalayıb
    abs-da-pasiyent-psixoterapevtin-chatgpt-den-istifadede-yaxalayib
    Meta-dan süni intellekt mütəxəssislərinin axını davam edir
    meta-dan-suni-intellekt-mutexessislerinin-axini-davam-edir