main-post-cover

    Yüksək temperaturlu plazmanın uzun müddət ərzində saxlanması üzrə yeni rekorda imza atılıb

    Elm & Texnologiya
    27.01.2025
    Emil Nəcəfov
         Çinin Experimental Advanced Superconducting Tokamak (EAST) adlı termonüvə reaktoru yeni rekorda imza atıb. Belə ki, Çin Elmlər Akademiyasının vermiş olduğu məlumata əsasən sözügedən termonüvə reaktoru 100 milyon dərəcə Selsi temperaturlu plazmanı 1006 saniyə ərzində stabil vəziyyətdə saxlaya bilib. Bu, daha əvvəl əldə edilmiş nəticələrdən 2 dəfə yüksəkdir. Qeyd etmək lazımdır ki, daha öncəki rekord da bu termonüvə reaktoru vasitəsilə 2023-cü ildə qırılmışdı. Həmin vaxtda reaktor plazmanı 403 saniyə ərzində stabil şəkildə saxlaya bilmişdi. 1000 saniyəlik sərhədin keçilməsi öz növbəsində termonüvə sintezi araşdırmalarında kritik faktor hesab edilir.
         Yüksək temperaturlu plazmanın bu qədər uzun müddət ərzində stabil şəkildə saxlanması termonüvə reaktorların praktik istifadəsi imkanının təsdiqlənməsi üçün vacib göstəricidir. “Termonüvə sintezi reaksiyalarının özlərini dəstəkləmələri üçün onlar 1000 saniyəlik göstəriciyə çatmalıdırlar. Bu yeni rekord təcrübi qurğu çərçivəsində termonüvə reaktorlarının çalışmaları üçün lazım olan şərtlərin formalaşdırılması üzrə ilk haldır” - deyə mütəxəssislərdən biri qeyd edib. Qeyd etmək lazımdır ki, termonüvə sintezi sahəsində aparılan araşdırmaların əsas məqsədi “sonsuz” enerji mənbəyinin əldə edilməsidir. Bu cür enerji mənbəyi dünyanın enerji ilə bağlı bütün tələblərini qarşılaya bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yaponiya məhdudiyyətsiz nüvə sintezi enerjisi üçün FAST layihəsini başladıb!
    yaponiya-mehdudiyyetsiz-nuve-sintezi-enerjisi-ucun-fast-layihesini-basladib
    Bir tələbə, ev şəraitində 2 min dollara termonüvə reaktoru hazırlaya bilib!
    bir-telebe-ev-seraitinde-2-min-dollara-termonuve-reaktoru-hazirlaya-bilib
    Dünyanın ilk davamlı işləyən termonüvə reaktoru hazırlanır!
    dunyanin-ilk-davamli-isleyen-termonuve-reaktoru-hazirlanir
    Məktəb mühitində ilk dəfə nüvə sintezi reaktoru hazırlanıb!
    mekteb-muhitinde-ilk-defe-nuve-sintezi-reaktoru-hazirlanib
    Termonüvə enerjisində tarixi uğur əldə edilərək, Greenwald limitinin 10 qatına çatmaq mümkün olub!
    fuzyon-enerjisinde-tarixi-ugur-elde-edilerek-greenwald-limitinin-10-qatina-catmaq-mumkun-olub