main-post-cover

    Yeni plastik material bir gecəyə suda parçalanır

    Elm & Texnologiya
    28.03.2025
    Emil Nəcəfov
         Yaponiyadakı Fiziki-Kimyəvi Tədqiqatlar İnstitutunun alimləri supramolekulyar polimerlər əsasında hazırlanmış yeni plastik material yaradıblar. Bu material istifadədə möhkəmliyini qoruyur və duzlu suda sürətlə parçalanır. Adi plastikdən fərqli olaraq, hansı ki, yüzillərlə çürüməyə bilər, yeni material cəmi 8.5 saata ərzində həll olur və ekosistem üçün faydalı olan azotfosfora çevrilir. Plastik molekulları möhkəm kovalent bağlarla birləşmişdir və bu bağları dağıtmaq çətindir. Məhz buna görə plastik məmulatlar bu qədər etibarlı, davamlı olur və qablaşdırmadan tutmuş oyuncaqlara qədər müxtəlif məqsədlər üçün istifadə edilir. Lakin bu möhkəm bağlar, plastik tullantıya çevrildikdə problemlər yaradırlar. Bir dəfəlik plastik stəkan zibilxanada 10 illərlə, hətta 100 illərlə parçalanmaya bilər. Bu zaman isə o, artıq təbiətdə və hətta bədənimizdə belə aşkarlanan mikroplastikə çevrilir.
         Tədqiqatçılar adi plastiklərin ən yaxşı xüsusiyyətlərini və sürətlə təhlükəsiz maddələrə parçalanma qabiliyyətini özündə birləşdirən yeni növ plastik yaradıblar. Bu material supramolekulyar polimerlərdən ibarətdir və onların bağları geri çevriləndir - bu bağlar yapışqan stikerlər kimi işləyir. Onları yapışdırmaq, çıxarmaq və yenidən yapışdırmaq mümkündür. Uyğun material tapmaq üçün alimlər çoxsaylı molekulları tədqiq ediblər. Nəticədə onlar lazımi xüsusiyyətlərə malik olan bir kombinasiyada qərarlaşıblar: Natrium heksametafosfat (adi qida əlavəsi) və quanidinium ionları əsasında olan monomerlər (gübrələrdə istifadə olunur). Bu iki maddəni suda qarışdıran komanda plastik hazırlamaq mümkün olan yapışqan kütlə əldə edib.
         Bu komponentlər qarşılıqlı təsirə girdikdə molekullar arasında “duz körpüləri” yaranır ki, bu da materialı həm möhkəm, həm də elastik edir. Lakin bu maddələri duzlu suya saldıqda, elektrolitlər bu bağları pozur və plastik həll olur. Sınaqlar göstərdi ki, yeni plastik adi plastik qədər möhkəm, yanmaz və şəffafdır. Lakin onu duzlu suya qoyduqda təxminən 8.5 saat ərzində tamamilə həll olur. Təbii ki, parçalanma qabiliyyətinə malik istənilən plastikdə bir problem var: Bəs əgər o, vaxtından əvvəl parçalanmağa başlasa nə olar? Axı heç kim içindəki mayedən asılı olaraq həll olan stəkan istəməz. Bunun qarşısını almaq üçün alimlər materialı xüsusi suya davamlı örtüklə örtüblər.
         Bu, onun vaxtından əvvəl parçalanmasına qarşı qoruyucu qat rolunu oynayıb. Lakin plastik utilizasiya olunmalı olduqda, səthi azca cızmaq kifayət edir. Belə olduqda duzlu su materialın içinə nüfuz edir və plastik örtüksüz olduğu kimi eyni sürətlə həll olur. Bəzi bioloji parçalanan plastik növləri yenə də zərərli mikroplastiklər buraxsa da, bu yeni material azot və fosfora - bitkilər və mikroorqanizmlər üçün faydalı maddələrə parçalanır. Lakin onların miqdarı çox olduqda, bu da təbiətə zərər verə bilər. Buna görə alimlər bu cür plastikin xüsusi zavodlarda emal edilməsini təklif edirlər - orada bu materialdan yenidən faydalı maddələr əldə etmək mümkün olacaq. Bununla belə, əgər plastik təsadüfən okeana düşərsə, adi plastiklə müqayisədə ətraf mühitə xeyli az zərər verəcək.
    Mənbə: New Atlas
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni plastik çirklənmə mənbəyi aşkar edilib
    yeni-plastik-cirklenme-menbeyi-askar-edilib
    Antarktikanın ən uzaq və əlçatmaz ərazilərində mikroplastik hissəciklərə rast gəlinib
    antarktikanin-en-uzaq-ve-elcatmaz-erazilerinde-mikroplastik-hisseciklere-rast-gelinib
    Alimlər ilk dəfə mikroplastik hissəciklərin damarlarda hərəkətlərini vizual şəkildə izləyiblər
    alimler-ilk-defe-mikroplastik-hisseciklerin-damarlarda-hereketlerini-vizual-sekilde-izleyibler
    Un böcəyi sürfələrinin plastik materialı emal edə bildikləri məlum olub
    un-boceyi-surfelerinin-plastik-materiali-emal-ede-bildikleri-melum-olub
    Bu il 200 milyon tondan çox plastik tullantı formalaşacaq
    bu-il-200-milyon-tondan-cox-plastik-tullanti-formalasacaq