
Yeni avtopilot sistemi təyyarəni avtomatik şəkildə yerə endirə bilir (VİDEO)
Elm & Texnologiya
07.04.2025
Emil Nəcəfov
Epic Aircraft şirkəti qeyri-adi funksiyaya malik E1000 AX adlı təyyarəsini təqdim edib. Uçuş aparatı güclü mühərriklə təchiz olunub və 10 km hündürlükdə 617 km/saat sürət yığa bilir. Lakin əsas özəllik - təyyarənin avtomatik eniş etməsinə imkan verən Garmin Autoland sistemidir. Bu sistemi pilot və ya sərnişin təkcə bir düyməyə basmaqla aktivləşdirə bilər. Əgər bu baş verməzsə, sistem pilotun təyyarəni idarə etmədiyini özü müəyyən edəcək və eniş prosesinə başlayacaq. Autoland ən uyğun hava limanını seçəcək, marşrutu müəyyənləşdirəcək və hətta dispetçerlərlə əlaqə quracaq. Üstəlik, sərnişinləri sakitləşdirməyə də çalışacaq.

Tək mühərrikli turbovintli E1000 AX təyyarəsi, E1000 GX modelinin təkmilləşdirilmiş versiyasıdır və uçuş təhlükəsizliyi üçün 25 yeni funksiyaya malikdir. Uçuş aparatı 1200 at gücünə malik Pratt & Whitney PT6-67A mühərriki ilə təchiz olunub ki, bu da ona 10 000 metr hündürlükdə 617 km/saat sürətlə uçmağa imkan verir. O, həmçinin 521 kq-a qədər yük daşıya bilir. E1000 AX qabaqcıl avtopilot sistemi ilə təchiz olunub. Garmin GFC 700 AFCS sistemi uçuş idarəetməsini, kurs sabitliyini, həmçinin trimmerin avtomatik və əl ilə elektrik tənzimlənməsini təmin edir ki, bu da uçuşun rəqəmsal idarəetmə səviyyəsini artırır.
Garmin-in ağıllı avtomatik dartma sistemləri və G1000 NXi sayəsində təyyarə gündəlik pilotaj əməliyyatlarını yerinə yetirə bilir. Avtomatika mühərrikin gücünü təkcə qalxış və eniş zamanı optimallaşdırmır, eyni zamanda qəfil güc itkisi, həddindən artıq qızma, sürət həddinin aşılması və ya çatışmazlığı, mühərrikin sıradan çıxması kimi fövqəladə vəziyyətlərə də dərhal reaksiya verir. Bununla yanaşı, klapanların və şassinin vəziyyətini də nəzarətdə saxlayır. Lakin əsas “xüsusiyyət” Garmin Autoland sistemidir. Sərnişinin istifadə edə biləcəyi xüsusi düyməyə klikləndikdə, bu sistem, məsələn, pilot huşunu itirdikdə, təyyarənin enişini tam şəkildə öz üzərinə götürür. Əgər düymə tapılmazsa və ya təyyarədə sərnişin yoxdursa, sistem pilotun təyyarəni idarə edə bilmədiyini özü müəyyən edir və avtomatik olaraq eniş prosedurunu işə salır.

Autoland sistemi daxilində yerləşdirilmiş alqoritmlərə əsaslanaraq vəziyyəti analiz edir - optimal hava limanını seçir və relyeflə hava şəraitini nəzərə alaraq marşrutu müəyyənləşdirir. Sistem hətta dispetçerlərlə əlaqə saxlaya və sərnişinləri sakitləşdirə bilir. Doğrudur, bu sakitləşdirmənin necə həyata keçirildiyi açıqlanmır. E1000 AX geniş və rahat pilot kabinəsi və sərnişin salonu ilə fərqlənir. Qızılı örtüklü CoolView pəncərələri infraqırmızı şüalanmanın və istinin 73%-dən çoxunu bloklayır. Sərnişinlər üçün ayaq sahəsi genişləndirilib, kabində isə 203 sm boyuna qədər pilotlar rahat yerləşə bilir. Əlavə üstünlük olaraq, təyyarədəki hər kəs Starlink vasitəsilə yüksək sürətli internetə çıxış əldə edir.
Mənbə: New Atlas
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Marsa göndəriləcək yeni pilotsuz vertolyot üçün artıq tədqiqat missiyası hazırlanıb

Marsa göndəriləcək yeni pilotsuz vertolyot üçün artıq tədqiqat missiyası hazırlanıb
Marsda fəaliyyətdə olmuş Ingeniuty adlı kiçik pilotsuz vertolyot öz nümunəsində göstərdi ki, uçan aparatların Marsda hava kəşfiyyatı üçün yaxşı perspektivləri var.
Neuralink beyin implantlarının testləri üçün könüllüləri artıq bütün dünyada axtarır

Neuralink beyin implantlarının testləri üçün könüllüləri artıq bütün dünyada axtarır
Bu ilin fevral ayına olan məlumata əsasən Elon Musk-ın startapı 3 nəfərin beyninə implant yerləşdirib. Bu şəxslər bütün bədən hissələrinin hərəkət qabiliyyətini itirmiş şəxslərdir. Onlardan birincisi - Noland Arbaugh barədə ən çox məlumat var.
Avropada dünyanın ən güclü külək generatoru quraşdırılıb

Avropada dünyanın ən güclü külək generatoru quraşdırılıb
Bir neçə gün öncə Siemens Gamesa şirkəti dünyanın ən güclü külək turbininin quraşdırılmasını tamamlayaraq Çin istehsalçılarına ciddi rəqib olduğunu göstərdi.
ABŞ-da dünyanın ən kiçik kardiostimulyatoru hazırlanıb

ABŞ-da dünyanın ən kiçik kardiostimulyatoru hazırlanıb
ABŞ-ın Northwestern Universitetinin alimləri dünyada ən kiçik ürək ritm tənzimləyicisini (kardiostimulyator) təqdim ediblər - onun ölçüsü düyü dənəsi ilə müqayisə oluna bilər.
Çində 6 yaşlı uşağın idrak qabiliyyətinə sahib robot hazırlanıb (VİDEO)

Çində 6 yaşlı uşağın idrak qabiliyyətinə sahib robot hazırlanıb (VİDEO)
Çində təkmilləşdirilmiş ümumi təyinatlı süni zəka sistemi ilə təchiz olunmuş ilk humanoid (insanabənzər) robot - TongTong 2.0 təqdim olunub.
Həftənin xəbərləri

