main-post-cover

    Xiaomi Pad 7 Pro-nun bəzi texniki özəllikləri ortaya çıxıb

    Elm & Texnologiya
    27.11.2023
    Emil Nəcəfov
         Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti artıq Xiaomi Pad 7 planşet seriyası üzərində çalışır. Sözügedən seriyaya adi Xiaomi Pad 7 ilə birlikdə həmçinin Xiaomi Pad 7 Pro da daxil olacaq. İndi isə internetdə Xiaomi Pad 7 Pro modeli barəsində bəzi məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən sözügedən planşet 144 Hz-lik təsvir yenilənməsinə sahib 2367x1480 piksel keyfiyyətli 10 düym LCD ekranla təchiz olunacaq. Məlumatlarda qeyd edilib ki, Xiaomi Pad 7 Pro planşeti keçən ilki Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı planşet özündə ikili ön kameranı və bir ədəd ön kameranı birləşdirəcək. Xiaomi Pad 7 planşet seriyasını yaxın zamanda gözləmək lazım deyil. Çox güman ki, bu planşet seriyası 2024-cü ilin birinci yarısında təqdim ediləcək.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimatdan öncə Redmi Watch 4 ilə bağlı bəzi rəsmi məlumatlar təqdim edilib
    teqdimatdan-once-redmi-watch-4-ile-bagli-bezi-resmi-melumatlar-teqdim-edilib
    Xiaomi 14 Ultra-nın bəzi texniki imkanları açıqlanıb
    xiaomi-14-ultra-nin-bezi-texniki-imkanlari-aciqlanib
    Xiaomi 4 smartfonunun dəstəyini dayandırıb
    xiaomi-4-smartfonunun-desteyini-dayandirib
    Redmi K70 Pro-nun dizaynı rəsmi şəkildə sərgilənib
    redmi-k70-pro-nun-dizayni-resmi-sekilde-sergilenib
    Məşhur insayder Redmi K70 Pro-nun satış qiyməti barəsində məlumat verib
    meshur-insayder-redmi-k70-pro-nun-satis-qiymeti-baresinde-melumat-verib