
Xiaomi-nin yeni mobil prosessorunun adı və nə zaman təqdim olunacağı rəsmi şəkildə açıqlanıb
Elm & Texnologiya
16.05.2025
Emil Nəcəfov
Keçən ildən bəri Xiaomi-nin smartfonlar üçün öz prosessorunu hazırladığına dair şayiələr dolaşırdı. İndi bu məlumat rəsmi şəkildə təsdiqlənib. Şirkət bildirib ki, çip bu ayın sonunda təqdim olunacaq. Yeni məhsul haqqında məlumatı Çin sosial şəbəkəsi Weibo-da Xiaomi-nin rəhbəri Lei Jun paylaşıb. “Bir xəbəri sizinlə bölüşmək istəyirəm. Xiaomi tərəfindən müstəqil şəkildə layihələndirilən və hazırlanan mobil sistem çipi Xuanjie O1 adını alıb. Onun rəsmi təqdimatı mayın sonunda baş tutacaq. Dəstəyinizə görə təşəkkür edirəm!” - deyə o yazıb. Lei Jun paylaşımına üzərində XRING O1 yazılmış prosessorun fotosunu də əlavə edib.

Ehtimal ki, prosessor beynəlxalq bazarda bu adla tanıdılacaq. Bu ad prosessorun orijinal Çin dilindəki adıyla səsləşir və “gizli üzük” və ya “mistik üzük” kimi tərcümə edilə bilər. Prosessorun texniki xüsusiyyətləri barədə hələlik rəsmi məlumat yoxdur. Lakin qeyri-rəsmi məlumata əsasən, XRING O1-in performansı 2022-ci il model Qualcomm Snapdragon 8 Gen 1 prosessoru ilə müqayisə oluna biləcək səviyyədə olacaq. Bildirilir ki, prosessor TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək və Unisoc 5G modemi ilə təchiz olunacaq.
Həmçinin qeyd olunur ki, bu mobil prosessor ilk dəfə Xiaomi 15s Pro smartfonunda təqdim ediləcək. Çinli elektronika nəhəngi smartfonlar üçün öz prosessorunu yaratmağa ilk dəfə cəhd etmir: 2017-ci ildə şirkət Xiaomi Mi 5C modeli ilə birlikdə Surge S1 prosessorunu təqdim etmişdi. Surge S2 üzərində də işlər aparılmışdı, lakin sonradan layihə dayandırıldı və şirkət diqqətini enerji idarəetməsi, görüntü emalı və digər sahələr üçün çiplərin hazırlanmasına yönəltdi. Böyük ehtimalla, bu dəfə Xiaomi əvvəlki təcrübələrini nəzərə alıb və XRING O1 uğurlu bir layihəyə çevrilə bilər.
Mənbə: Android Authority
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Təqdimata hazırlaşan Xiaomi Civi 5 Pro smartfonu Geekbench testlərindən keçib

Təqdimata hazırlaşan Xiaomi Civi 5 Pro smartfonu Geekbench testlərindən keçib
Xiaomi yaxın zamanda Civi 5 Pro adlı yeni subflaqman smartfonunu təqdim edəcək. İndi isə məlum olub ki, təqdimata hazırlaşan bu yeni smartfon Geekbench testlərindən keçib.
Xiaomi HyperOS-də Google servislərindən imtina edə bilər

Xiaomi HyperOS-də Google servislərindən imtina edə bilər
İxtisaslaşmış KİV-lərin məlumatına görə, Xiaomi şirkəti OPPO, Vivo və OnePlus brendlərinin ana şirkəti olan BBK Group və HUAWEI ilə birgə Android əməliyyat sisteminə alternativ yaratmaq məqsədilə əməkdaşlıq etməyi planlaşdırır.
Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb

Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb
Canalys şirkəti qlobal smartfon tədarükünə dair yeni hesabat dərc edib. Həmin məlumatlara görə, 2025-ci ilin birinci rübündə bazara 296.9 milyon ədəd smartfon tədarük olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0.2% artım deməkdir.
Xiaomi məntiq yürüdə bilən MiMo adlı süni zəka modelini istifadəyə verib

Xiaomi məntiq yürüdə bilən MiMo adlı süni zəka modelini istifadəyə verib
Süni zəka ilə əlaqəli proqram təminatının əhəmiyyəti bu gün əksər şirkətlər üçün olduqca böyükdür. Buna görə də Çin şirkəti Xiaomi rəqiblərindən geri qalmamaq üçün açıq mənbə kodlu öz məntiqi süni zəka modeli olan MiMo-nu təqdim edib. Bu model müxtəlif problemlərin həllində insanın düşüncə məntiqinə bənzər şəkildə fəaliyyət göstərir.
Xiaomi 16 öz seqmentində ən böyük həcmli batareyanı əldə edəcək

Xiaomi 16 öz seqmentində ən böyük həcmli batareyanı əldə edəcək
Smart Pikachu ləqəbli məşhur insayderin məlumatına görə, bu il ərzində təqdim olunacaq Xiaomi 16 smartfonu rəqibləri arasında ən böyük həcmli batareyaya sahib olacaq.
Həftənin xəbərləri

