Xiaomi fərdi 3 nanometrlik prosessorunun hazırlanmasını uğurla yekunlaşdırıb
Elm & Texnologiya
23.10.2024
Emil Nəcəfov
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi fərdi 3 nanometrlik prosessoru üzərində çalışır. Çindən olan mənbələrin vermiş olduqları yeni məlumata əsasən isə şirkət 3 nanometrlik prosessorununun hazırlanma prosesini uğurla yekunlaşdırıb. Xiaomi-nin ilk 3 nanometrlik prosessorunun texniki imkanları barəsində ətraflı məlumat olmasa da, qeyd edilib ki, layihə tape-out mərhələsindədir.
Bu, kütləvi istehsalat prosesinə göndərilməzdən öncə inteqral sxemin layihələşdirilmə prosesinin son mərhələsidir. Gözləntilərə əsasən Xiaomi-nin bu prosessoru TSMC şirkətinin N3E və ya N3P adlı 3 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək. Bu, Xiaomi-nin fərdi prosessorunu hazırlamaq üzrə ilk cəhdi deyil. Belə ki, şirkətin 2017-ci ildə təqdim etmiş olduğu Mi 5C smartfonu Xiaomi tərəfindən hazırlanmış Surge S1 adlı prosessor vasitəsilə çalışırdı. Xiaomi-nin öz ilk 3 nanometrlik prosessorunu nə zaman təqdim edəcəyi bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Android 15 yeniləməsini alacaq bütün smartfonlar!
Android 15 yeniləməsini alacaq bütün smartfonlar!
Android 15, qarşıdakı həftələrdə Samsung, Xiaomi, Oppo və bir çox Redmi telefonlarına gələcək. Bəs hansı telefonlar yeniləmə alacaq? Budur, Android 15 yeniləməsini alacaq bütün smartfon modellərini təqdim edirik.
Təqdimata sayılı günlər qalmış Xiaomi 15 smartfonu Geekbench testlərindən keçib
Təqdimata sayılı günlər qalmış Xiaomi 15 smartfonu Geekbench testlərindən keçib
Xiaomi 23 oktyabr tarixində Çində Xiaomi 15 smartfonlarını təqdim edəcək. Təqdimata sayılı günlər qalmış adi Xiaomi 15-in Geekbench testlərindən keçdiyi məlum olub.
Redmi Display G27Q 2025 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Redmi Display G27Q 2025 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin Redmi brendi öz yeni gaming monitorunu təqdim edib. Yeni gaming monitor Redmi Display G27Q 2025 adlanır.
Redmi K80 seriyasına kompakt ölçülü modellər daxil olacaqlar
Redmi K80 seriyasına kompakt ölçülü modellər daxil olacaqlar
Keçən həftə məlumat ortaya çıxdı ki, Redmi brendi Redmi K80 smartfonları ilə yanaşı kompakt ölçülü smartfonunu da təqdim etməyə hazırlaşır.
Redmi brendi kompakt ölçülü subflaqman smartfonun təqdimatına hazırlaşır
Redmi brendi kompakt ölçülü subflaqman smartfonun təqdimatına hazırlaşır
Xiaomi-nin Redmi brendi gələn ay Redmi K80 və K80 Pro smartfonlarını təqdim etməlidir. Lakin Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən Redmi brendi üstəlik kompakt ölçülü subflaqman smartfonunun da təqdimatına hazırlaşır.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!