Wi-Fi siqnalı maksimal uzaq məsafəyə ötürülüb (VİDEO)
Elm & Texnologiya
02.02.2024
Emil Nəcəfov
Avstraliyanın şəbəkə mikrosxemləri sahəsində fəaliyyət göstərən Morse Micro şirkəti Wi-Fi şəbəkəsi çərçivəsində siqnalın uzaq məsafəyə ötürülməsi mövzusunda rekorda imza atıb. Siqnalın maksimal uzaq məsafəyə ötürülməsində yeni növ çipdən və kommersiya standartlı rabitə texnologiyasından istifadə edilib. IEEE 802.11ah protokolu Wi-Fi HaLow kimi də tanınır. Bu protokol 900 MHz tezlikdə çalışır. Bunun sayəsində o, daha az enerji sərfiyyatına və siqnalın daha uzaq məsafəyə ötürülməsi imkanına sahibdir.
Məlumata əsasən aparılmış təcrübə çərçivəsində Wi-Fi siqnalını 2.9 km məsafəyə ötürmək mümkün olub. Bununla belə şəbəkə bağlantısının sürəti saniyədə 1 Mbit təşkil edib. Bu cür rekord göstərici aşağı enerji sərfiyyatına sahib MM6108 Wi-Fi HaLow çipinin testi çərçivəsində əldə edilib. O artıq Wi-Fi Alliance təşkilatı və ABŞ Federal Rabitə Komissiyası tərəfindən sertifikatlaşdırılıb. IEEE 802.11ah protokolunun üstünlükləri hesabına sözügedən çip IoT (Internet of Things) cihazlarda istifadə edilə bilər. Lakin çipin kommersiya məqsədli məhsullara nə zaman inteqrasiya ediləcəyi bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yaponiyada disketlər kimi köhnə məlumat daşıyıcılarından imtina ediləcək
Yaponiyada disketlər kimi köhnə məlumat daşıyıcılarından imtina ediləcək
Bəzi sənədlərin və ərizələrin CD disk, mini disk və ya disket kimi köhnəlmiş daşıyıcılar vasitəsilə təqdim edilməsi praktikası Yaponiyada hələ də mövcuddur.
CES 2024-də holoqrafik zənglər üçün "telefon köşkü" sərgilənib (VİDEO)
CES 2024-də holoqrafik zənglər üçün "telefon köşkü" sərgilənib (VİDEO)
Holoconnects adlı şirkət telefon köşkünü xatırladan qeyri-adi cihaz hazırlayıb.
SpaceX bu il rekord sayda kosmik uçuş missiyası reallaşdırıb
SpaceX bu il rekord sayda kosmik uçuş missiyası reallaşdırıb
Dünən SpaceX şirkəti bu ilin son kosmik uçuş missiyasını reallaşdırdı.
Samsung süni zəka texnologiyasına sahib yeni kamera sensoru üzərində çalışır
Samsung süni zəka texnologiyasına sahib yeni kamera sensoru üzərində çalışır
İnsayderlərin vermiş olduqları məlumata əsasən Samsung şirkəti hal-hazırda yeni kamera sensoru üzərində çalışır.
2023-cü ilin üçüncü rübü üzrə mobil prosessorlar bazarının statistikası təqdim edilib
2023-cü ilin üçüncü rübü üzrə mobil prosessorlar bazarının statistikası təqdim edilib
Counterpoint Research analitik şirkəti bu ilin üçüncü rübü üzrə mobil prosessorlar bazarının statistikasını təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!