main-post-cover

    ÜST: Smartfonlardan olan şüalanma beyin xərçəngi riskini artırmır

    Elm & Texnologiya
    05.09.2024
    Emil Nəcəfov
         Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sifarişi ilə qlobal məlumatların aparılmış analizi onu göstərib ki, smartfon istifadəsi ilə beyin xərçənginin əmələ gəlmə riski arasında heç bir əlaqə yoxdur. ÜST tərəfindən təqdim edilmiş məlumatda qeyd edilib ki, naqilsiz şəbəkə texnologiyalarından istifadə sayının artmasına baxmayaraq beyin xərçəngi xəstəliyinə tutulma hallarının mütənasib şəkildə artması müşahidə edilmir. Bu həm mobil cihaz vasitəsilə uzun zaman ərzində telefon danışıqları aparanları həm də 10 ildən çox müddət ərzində mobil cihazlardan istifadə edənləri əhatə edir.
         Analiz edilmiş qlobal məlumatlara 1994-cü ildən 2022-ci ilə kimi aparılmış 63 tədqiqat daxil olub. Məlumatların qiymətləndirilməsi ilə isə ümumilikdə 10 ölkədən 11 nəfər mütəxəssis iştirak edib və bundan əlavə olaraq prosesə həmçinin Avstraliya Radiasiyadan Müdafiə Təşkilatı da cəlb edilib. Aparılmış analiz çərçivəsində smartfonlarda, televizorlarda və radarlarda istifadə edilən radio tezliklərin insan orqanizminə təsirləri qiymətləndirilib. Nəticədə məlum olub ki, bu texnoloji həllərdən istifadənin heç bir halında beyin xərçəngi riskinin yüksəlməsi müşahidə edilməyib.
         ÜST və digər səhiyyə sahəsindəki digər beynəlxalq təşkilatlar daha öncə də bildirmişdilər ki, smartfonlar tərəfindən ifraz edilən şüalanmanın insan orqanizminə mənfi təsirinə dair heç bir sübut yoxdur. Hal-hazırda Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi smartfonlar tərəfindən olan şüalanmaları 2B kateqoriyasına aid edir. Bu kateqoriya isə öz növbəsində elə hallara şamil olunur ki, ehtimal olunan əlaqəni tamamilə aradan qaldırmaq mümkün deyil. ÜST sonuncu dəfə smartfonların beyin xərçəngi ilə əlaqəli olub-olmamalarına dair hesabatını 2011-ci ildə təqdim etmişdi. ÜST-ün konsultativ qrupu yeni məlumatların nəzərə alınması ilə Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyini bu mövzudakı nəzər nöqtəsinə yenidən baxılmasına çağırışlar edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ÜST antibiotiklərə dözümlü super bakteriyanın yayılmasından xəbər verib
    ust-antibiotiklere-dozumlu-super-bakteriyanin-yayilmasindan-xeber-verib