main-post-cover

    Süni zəka vasitəsilə ən yüngül və dözümlü material hazırlanıb

    Elm & Texnologiya
    24.02.2025
    Emil Nəcəfov
         Alimlər, süni zəkanın köməyi ilə, nanomaterial üçün mümkün olan ən yüngül və dözümlü geometrik strukturu yaratmağa nail olublar. Nəticədə, alimlər karbon nanotorbalarını əldə ediblər. Bu material olduqca yüngüldür, lakin öz kütləsindən bir milyon dəfə artıq yükü daşıya bilir. Yeni materialdan daha yüngül və möhkəm avtomobillərin, eləcə də kosmik raket və gəmi modellərinin hazırlanmasında istifadə edilə bilər. Alimlər həmçinin hesab edirlər ki, bu material tibbdə protezlərin hazırlanması üçün də yararlı ola bilər. Material yüksək karbonlu poladın davamlılığına malikdir, lakin çəkisi köpük qədər yüngüldür.
         Süni zəka, alimlərə çox az çəkili, lakin son dərəcə yüksək davamlılığa malik nanomaterial strukturunun hazırlanmasında yardımçı olub. Nanomateriallar əvvəllər də bəzi inanılmaz xüsusiyyətlər nümayiş etdirmişdilər. Onlar yüksək möhkəmliyə malik olsalar da, əksər hallarda onların nanostrukturunun geometrik quruluşu gərginliyi bərabər paylaya bilmirdi, bu da onların qırılmasına səbəb olurdu. Daha etibarlı bir material yaratmaq üçün alimlər süni zəkanı təlimatlandıraraq karbon əsaslı material üçün ən yaxşı mexaniki xüsusiyyətləri təmin edəcək strukturu müəyyən etməyə çalışdılar.
         Nəticədə, onlar çəkisi polistirol köpüyü qədər yüngül, lakin yüksək karbonlu polad qədər davamlı olan bir material yaratdılar. Yeni material 3D printerdə çap edilib və məlum olub ki, o öz çəkisindən milyon dəfə ağır yükə dözə bilir, lakin yenə də çox yüngül qalır. Materialın titandan təxminən 5 dəfə möhkəm olduğu müəyyən edilib. Alimlər hesab edirlər ki, bu material tibb avadanlıqlarının, məsələn, protezlərin və implantların hazırlanmasında istifadə oluna bilər. Həmçinin, o, daha yüngül, lakin davamlı avtomobillərin, kosmik raketlərin və gəmilərin istehsalında faydalı ola bilər ki, bu da onların daha az yanacaq sərf edərək daha sürətli hərəkət etmələrinə imkan verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    "Kalkulyator-insan": 14 yaşlı yeniyetmə 1 gündə riyaziyyat üzrə 6 dünya rekorduna imza atıb
    kalkulyator-insan-14-yasli-yeniyetme
    Günəş sistemində daha bir obyektin səthaltı okeana sahib olduğu güman edilir
    gunes-sisteminde-daha-bir-obyektin-sethalti-okeana-sahib-oldugu-guman-edilir
    Erkən kainatda ulduzlar "pambıqvari" buludlarda formalaşıblar
    erken-kainatda-ulduzlar-pambiqvari-buludlarda-formalasiblar
    Yarasalarda COVID-19-a bənzər yeni virus aşkar edilib
    yarasalarda-covid-19-a-benzer-yeni-virus-askar-edilib
    Alimlər yadplanetli həyatın axtarışı üçün fərqli üsul təklif ediblər
    alimle