Spot robotu ChatGPT vasitəsilə danışıq nitqini əldə edib (VİDEO)
Elm & Texnologiya
30.10.2023
Emil Nəcəfov
Boston Dynamics şirkəti özünün Spot adlı 4 ayaqlı robotuna insan nitqi vasitəsilə xitab etməyi öyrədib. Bunun üçün şirkət süni zəka əsaslı ChatGPT çat-botundan və açıq mənbəli koda sahib böyük dil modellərindən istifadə edib. Nəticədə Spot şirkət binasında ekskursiya keçirərək turistlərin suallarına cavab verə bilir. Şirkət mütəxəssisləri robota hər bir şirkət otağının hazır qısa ssenarisini təqdim ediblər. Daha sonra robot öz kameraları vasitəsilə əldə edilən fotoları təqdim edilmiş ssenarilər ilə birləşdirir. Əldə edilmiş fotolar sayəsində robot daha çox məlumatlı olur və cavabın tərtib olunmasından öncə nələri gördüyünü təyin edir. Robot həmçinin tərtib edilən mətnin danışıq nitqinə çevrilməsində iştirak edən səsgücləndiricilər ilə təchiz olunub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!