SpaceX-in Falcon 9 raketinin birinci pilləsi 300-cü uğurlu enişini reallaşdırıb
Elm & Texnologiya
25.04.2024
Farid Pardashunas
SpaceX şirkəti Falcon 9 raketinin birinci pilləsinin 300-cü uğurlu enişini reallaşdıra bilib. Dünən Florida ştatında yerləşən Kennedi Kosmik Mərkəzin start meydançasından SpaceX-in Starlink ilə bağlı yeni missiyası start götürdü. Belə ki, Falcon 9 raketi 23 ədəd Starlink peykini Yer kürəsinin orbitinə göndərməli idi. Missiya çərçivəsində təqribi olaraq 8 dəqiqəlik uçuşdan sonra Falcon 9-un birinci pilləsi Atlantik okeanında yerləşmiş xüsusi platformanın üzərinə uğurlu şaquli enişi reallaşdırıb.
Bu nailiyyət kosmik uçuş xərclərini azaltma və onların intensivliklərini artırma yolunda SpaceX-in inkişaf etdirdiyi texnologiyalarının nə dərəcədə vacib olduqlarını sərgiləyir. Bu texnologiyalar kosmik uçuş missiyalarının effektivliklərini yüksəltmə ilə yanaşı həmçinin şirkətə kosmosun müşahidəsi mövzusunda yeni imkanlar yaradır. SpaceX-in səyləri sayəsində eyni raket vasitəsilə daimi uçuşların reallaşdırılması praktikası artıq mütəmadi hal alır. Çox güman ki, SpaceX-in növbəti məqsədi Falcon 9-un birinci pilləsinin 400-cü uğurlu enişini reallaşdırmaq olacaq. SpaceX-in kosmik uçuş missiyalarının hansı intensivliklərlə baş verdiklərini nəzərə alsaq, şirkət 400-cü uğurlu eniş nailiyyətini gözlənildiyindən daha tez əldə edə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Starship dördüncü orbital uçuşa hazırlaşır
Starship dördüncü orbital uçuşa hazırlaşır
SpaceX şirkəti aktiv şəkildə Starship-in dördüncü orbital test uçuşuna hazırlaşır.
SpaceX Starship-in üçüncü orbital uçuş cəhdini uğurla reallaşdıra bildi (VİDEO)
SpaceX Starship-in üçüncü orbital uçuş cəhdini uğurla reallaşdıra bildi (VİDEO)
SpaceX şirkəti özünün Starship kosmik gəmisinin üçüncü orbital uçuş cəhdini reallaşdırıb.
Starship üçüncü orbital uçuş cəhdi üçün hazırdır
Starship üçüncü orbital uçuş cəhdi üçün hazırdır
SpaceX-in Starship adlı kosmik gəmisi uçuş startı üçün nəzərdə tutulmuş meydançada yenidən quraşdırılıb.
Starship-in üçüncü orbital uçuş cəhdi 14 mart tarixində baş tuta bilər
Starship-in üçüncü orbital uçuş cəhdi 14 mart tarixində baş tuta bilər
Elon Musk bildirib ki, müvafiq tənzimləyici orqanlardan icazələrin əldə edilməsindən sonra SpaceX-in Starship kosmik gəmisinin üçüncü orbital uçuş cəhdi 14 mart tarixində baş tuta bilər.
SpaceX ümumilikdə 300-cü uçuş missiyasını reallaşdırıb
SpaceX ümumilikdə 300-cü uçuş missiyasını reallaşdırıb
14 yanvar tarixində SpaceX şirkətinin Falcon 9 raketi Yer kürəsinin orbitinə 23 ədəd Starlink peykini çatdırdı.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ