main-post-cover

    Sökülmüş binalardan və havadan istehsal edilən inqilabi beton icad edilib!

    Elm & Texnologiya
    16.08.2024
    Farid Pardashunas

         Tikinti sənayesinin istixana qazı emissiyalarına təsirini azaltmaq üçün Tokio Universitetinin tədqiqatçıları, sökülən binalardakı materiallardan və atmosferdəki CO2 qazından istifadə edərək bərpa olunan beton istehsal etmə üsulu hazırlayıblar.

         Bu yeni hazırlanmış texnologiya, "Calcium Carbonate Circulation System for Construction" adlanır (Tikinti üçün Kalsium-karbonat sirkulyasiya sistemi - qısaca C4S). Bu üsulla ənənəvi beton istehsalında istifadə edilən əhəng daşı əvəzinə sökülən binalardan və havadakı karbon qazından əldə edilən betondan istifadə edərək kalsium karbonatlı beton istehsal olunur. Bu proses, istixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə azaldır, çünki ənənəvi beton istehsalında tələb olunan yüksək istilik proseslərini aradan qaldırır.
         İlk cəhdlərdə kiçik və az möhkəm bloklar istehsal edilsə də, sonralar məktəb binasından alınan betondan istifadə edilərək daha böyük və davamlı bloklar yaradıla bilib. İstehsal olunan bu beton, bloklar, yaşayış binaları və hətta səki tikintisi kimi müxtəlif sahələrdə istifadə oluna biləcək qədər möhkəmdir. Tədqiqatçılar, bu bərpa olunan beton texnologiyasının potensialını daha da inkişaf etdirməyi hədəfləyirlər. Onların məqsədi 2030-cu ilə qədər bu beton bloklardan istifadə edərək 2 mərtəbəli ev tikməkdir. Bundan əlavə, bir çox başqa şirkətlər də beton sənayesində inqilab etmək üçün müxtəlif yollara baxırlar. Məsələn, tamamilə sementsiz beton istehsal edən şirkətlər də var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qədim Romadan ilham alan yeni sement texnologiyası hazırlanıb!
    qedim-romadan-ilham-alan-yeni-sement-texnologiyasi-hazirlanib
    Alimlər, ətraf mühitə daha az zərər verən sementsiz beton ixtira ediblər!
    alimler-etraf-muhite-daha-az-zerer-veren-sementsiz-beton-ixtira-edibler