Samsung smartfonlar üçün daha az enerji sərfiyyatına sahib yeni nəsil OLED ekranlar üzərində çalışır
Elm & Texnologiya
22.08.2024
Emil Nəcəfov
Ekran smartfonlarda ən çox enerji sərfiyyatına sahib komponentlərdən biridir. Samsung isə bu vəziyyəti dəyişmək qərarına gəlib. Belə ki, şirkət orqanik işıq diodları əsasında yeni nəsil mobil ekranları hazırladığını elan edib. Şirkətin sözlərinə əsasən hazırlanan yeni nəsil ekranların sayəsində gündəlik smartfon şarjı artıq keçmişdə qalacaq. Bu elanı Samsung Display-in vitse-prezidenti Chung Lee, IMID 2024 adlı sərgidə edib.
Onun sözlərinə əsasən hazırlanan yeni nəsil OLED ekranlar hal-hazırda aktual olan OLED ekranlar ilə müqayisədə 2 dəfə daha az enerji sərfiyyatına sahib olacaqlar. Bununla belə o, yeni nəsil OLED ekranların hazırlanması vacibliyini süni zəka texnologiyalarının inkişafı ilə əlaqələndirib. Chung Lee qeyd edib ki, süni zəka vasitəsilə tərtib edilmiş fotolar detalları və rənglər arasındakı incə fərqləri təbii şəkildə əks etdirən yüksək keyfiyyətli ekranları tələb edirlər. Bununla belə hazırlanan yeni nəsil OLED ekranların smartfonlara nə zaman inteqrasiya ediləcəkləri barəsində bir məlumat yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy S24 FE-nin Exynos 2400e prosessoruna sahib versiyası Geekbench testlərindən keçib
Samsung Galaxy S24 FE-nin Exynos 2400e prosessoruna sahib versiyası Geekbench testlərindən keçib
Yaxın aylar ərzində təqdim olunacağı gözlənilən Samsung Galaxy S24 FE smartfonunun Exynos 2400 prosessorunun sadələşdirilmiş versiyasına sahib modeli Geekbench testlərindən keçib.
Samsung Galaxy Tab S10+ və Tab S10 Ultra planşetlərinin render fotoları təqdim edilib
Samsung Galaxy Tab S10+ və Tab S10 Ultra planşetlərinin render fotoları təqdim edilib
Android Headlines saytı Samsung şirkətinin təqdim edəcəyi Galaxy Tab S10+ və Tab S10 Ultra planşetlərinin render fotolarını təqdim edib.
Samsung Galaxy S25 Ultra olduqca nazik ekran ətrafı çərçivələri əldə edəcək
Samsung Galaxy S25 Ultra olduqca nazik ekran ətrafı çərçivələri əldə edəcək
Ice Universe ləqəbli məşhur insayder Samsung-un gələn ilin əvvəlində təqdim edəcəyi Galaxy S25 Ultra smartfonu barəsində məlumatları təqdim etməyə davam edir.
Eynəklərsiz 3D vizual effektləri təmin edən Samsung Odyssey 3D monitoru təqdim edilib
Eynəklərsiz 3D vizual effektləri təmin edən Samsung Odyssey 3D monitoru təqdim edilib
Samsung şirkəti xüsusi eynəklərsiz 3D effektini təmin edən ilk gaming monitorunu təqdim edib. Yeni monitor Samsung Odyssey 3D adlanır.
Büdcəli Samsung Galaxy A16 5G-nin hansı həcmdə batareyaya sahib olacağı məlum olub
Büdcəli Samsung Galaxy A16 5G-nin hansı həcmdə batareyaya sahib olacağı məlum olub
Samsung şirkəti Galaxy A16 5G adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!