main-post-cover

    Sadəcə gözünüzə baxaraq xəstəlikləri müəyyən edə bilən cihaz hazırlanıb!

    Elm & Texnologiya
    17.10.2024
    Farid Pardashunas

         Gözlər nə qədər qəlbin aynası olsa da, bir çox xəstəliklərlə bağlı ipucları da verə bilir: Bununla yanaşı, Indiana Universitetində çalışan alimlər, tibb sahəsində inqilabi bir dövrə qədəm qoymağımıza səbəb ola biləcək bir cihaz hazırlayıblar.

         Indiana Universiteti, Northwestern Universiteti, Stanford UniversitetiNew York Göz və Qulaq Xəstəxanasından ibarət bir araşdırma qrupu, gözün insan sağlamlığı haqqında verdiyi ipuclarını öyrənə biləcək yeni nəsil bir texnologiya üzərində çalışır. Bu yenilikçi yanaşma, şəkərli diabetdən ürək xəstəliklərinə, böyrək problemlərindən oraq hüceyrəli anemiyaya və hətta Altsheymer xəstəliyinə qədər bir çox sağlamlıq problemlərini erkən mərhələdə müəyyən etməyi hədəfləyir. Indiana Universiteti Optometry Məktəbindən Professor Stephen A. Burns-un rəhbərlik etdiyi layihə, NIH Venture Program Oculomics Initiative-dən 4.8 milyon dollarlıq qrant əldə etməyə nail olub.
         Mövzu ilə bağlı açıqlama verən layihə rəhbəri Burns, “Bu araşdırma, gözü sağlamlıq üçün bir pəncərə kimi istifadə etməklə bağlıdır. Biz səhiyyə mütəxəssislərinə qeyri-invaziv üsullarla bədən içərisinə baxmaq üçün çəkə biləcəkləri ən aydın görüntü ilə təmin etmək istəyirik” deyə bildirib. Komanda, 2000-ci illərin əvvəllərindən bəri göz vasitəsilə xəstəlikləri aşkarlaya bilən oftalmoskoplar hazırlayır. Astronomiyada istifadə edilən texnologiyadan ilham alınaraq hazırlanmış bu cihazlar, həm atmosferin, həm də gözün optik sisteminin səbəb olduğu təhrifləri aradan qaldıra bilir. Burns-un laboratoriyasında hazırlanan son texnologiyalı oftalmoskop, insan gözünün arxasını 2 mikron kimi çox yüksək dəqiqliklə müşahidə edə bilir və qırmızı qan hüceyrələrinin hərəkətini real vaxtda izləyə bilir.
         Süni intellekt texnologiyasının da işə salınması ilə bu cihazlardan toplanan məlumatların analizi daha sürətli və dəqiq şəkildə həyata keçirilə bilir. Burns, “Altsheymer xəstəliyinin güclü bir retinal damar komponenti olduğuna dair artan sübutlar var. Hazırda bu əlamətləri milyonlarla dollar dəyərində olan böyük PET skanerləri ilə görə bilirik. Eyni əlamətləri göz müayinəsi ilə görə bilsək, bu çox daha az invaziv və daha ucuz olacaq” deyə qeyd edib. Bu yenilikçi texnologiya, xəstəliklərin erkən diaqnostikasında inqilab yaratma potensialına sahib görünür. Görək bu cihaz yaxın zamanda tibb elminin xidmətinə təqdim oluna biləcəkmi?
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Dəniz dibinin altında inkişaf etmiş canlıların olduğu həyat kəşf edilib! (VİDEO)
    deniz-dibinin-altinda-inkisaf-etmis-canlilarin-oldugu-heyat-kesf-edilib-video
    Tibbdə ilk dəfə olaraq PlayStation 5 pultu ilə əməliyyat həyata keçirilib! (VİDEO)
    tibbde-ilk-defe-olaraq-playstation-5-pultu-ile-emeliyyat-heyata-kecirilib-video
    Yeni kəşf sayəsində fizikanın qaydalarını dəyişəcək 5-ci qüvvə ortaya çıxa bilər!
    yeni-kesf-sayesinde-fizikanin-qaydalarini-deyisecek-5-ci-quvve-ortaya-cixa-biler
    Alimlər təsadüf nəticəsində "Hörümçək-adam"ın torlarını yaradıblar! (VİDEO)
    alimler-tesaduf-neticesinde-horumcek-adamin-torlarini-yaradiblar-video
    Çinli alimlər Mars atmosferindən istifadə edərək işləyən batareya hazırlayıblar!
    cinli-alimler-mars-atmosferinden-istifade-ederek-isleyen-batareya-hazirlayiblar