OpenAI şirkəti robototexnika sahəsinə geri qayıdır
Elm & Texnologiya
03.06.2024
Emil Nəcəfov
OpenAI şirkəti özünün robototexnika şöbəsini hələ 2020-ci ildə ləğv etmişdi. Hal-hazırda şirkət öz süni zəka texnologiyalarını robot istehsalı ilə məşğul olan kənar şirkətlərə təqdim edir. Verilmiş məlumata əsasən OpenAI 2020-ci ildə ləğv etmiş olduğu robototexnika şöbəsini süni zəka əsaslı robotlara investisiyaların artması səbəbilə yenidən bərpa edir. Məlumatda qeyd edilib ki, OpenAI hal-hazırda robototexnika şöbəsinin komandasını bərpa etmək üçün mühəndis tədqiqatçıları işə götürür. Şirkətin robototexnika üzrə yeni komandası hələ 2 aydan az müddət ərzində mövcuddur. Qeyd etmək lazımdır ki, OpenAI son 1 il ərzində robototexnika sahəsindəki bir sıra şirkətə investisiyalar yatırıb.
Onların arasında Fig AI, 1X Technologies və Physical Intelligence şirkətləri var. OpenAI şirkətinin robototexnika sahəsinə marağının geri qayıtması ilk dəfə fevral ayında Fig AI üçün vəsait yığımına həsr edilmiş press-relizdə qeyd edilmişdi. Nəticədə 1 aydan sonra Fig AI şirkəti OpenAI tərəfindən təlimatlandırılmış süni zəka modelinə sahib robotunu təqdim etdi. Məlumata əsasən OpenAI robot istehsalçıları ilə rəqabət aparmaq əvəzinə onlarla eyni səviyyədə fəaliyyət göstərməyə hədəflənib. OpenAI bu sahədə digər şirkətlərin öz məhsullarında istifadə edə biləcəkləri texnologiyaları hazırlamağı planlaşdırır. Robototexnika OpenAI şirkətinin təsis edildiyi ilk gündən şirkətin əsas istiqamətlərindən biri idi.
OpenAI şirkətinin həmtəsisçisi olan Wojciech Zaremba-nın rəhbərliyi altında robototexnika komandası ümumi məqsədlər üçün nəzərdə tutulmuş robotun hazırlanmasına istiqamətlənmişdi. 2019-cu ildə OpenAI neyron şəbəkəsinə kubik rubiki robot əl vasitəsilə yığmağı öyrətmişdi. Lakin Zaremba-nın sözlərinə əsasən təlimatlandırma prosesi üçün yetəri qədər məlumat olmadığı üçün robototexnika şöbəsi nəticədə ləğv edildi. Şirkət ləğv edilmiş şöbənin komandasının gücünü digər layihələrə yönləndirdi. Robototexnika komandasının bəzi keçmiş üzvləri şirkət daxilində digər şöbələrdə çalışırlar. Məsələn Zaremba-nın özü GPT süni modellərinin hazırlanmasına rəhbərlik edir. OpenAI şirkətinin öz robototexnika şöbəsini bərpa etməsinə baxmayaraq onun bu sahədə hansısa təchizatı hazırlayıb-hazırlamayacağı bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
GPT-4o, bütün pulsuz ChatGPT istifadəçiləri üçün təqdim edilib!
GPT-4o, bütün pulsuz ChatGPT istifadəçiləri üçün təqdim edilib!
OpenAI, mayın əvvəlində təqdim etdiyi ən qabaqcıl süni intellekt modeli GPT-4o-nu bütün ChatGPT istifadəçiləri üçün təqdim edib.
OpenAI növbəti süni zəka modelinin təlimatlandırılması prosesinə start verib
OpenAI növbəti süni zəka modelinin təlimatlandırılması prosesinə start verib
OpenAI şirkəti GPT-4-ü əvəz edəcək növbəti süni zəka modelinin təlimatlandırılması prosesinə start verildiyini elan edib. Şirkət öz bloqunda bildirib ki, növbəti süni zəka modeli insan beyni bacarıqlarına sahib ola biləcək ümumi süni zəkanın (AGI) yaradılması yolunda daha üst səviyyəli imkanları əldə edəcək.
OpenAI CEO-su: "İndiki süni zəka həlləri GPT-5-in yanında əlverişsiz qalacaqlar"
OpenAI CEO-su: "İndiki süni zəka həlləri GPT-5-in yanında əlverişsiz qalacaqlar"
OpenAI şirkətinin CEO-su Sam Altman bir neçə müddət bundan öncə vermiş olduğu müsahibəsində bildirdi ki, GPT-5 süni zəka modeli mövcud digər həlləri elə dərəcədə geridə qoyacaq ki, hətta GPT-4 də onun yanında bir qədər əlverişsiz qalacaq.
GPT-4o-nun təqdimatından sonra ChatGPT istifadəçi kütləsi mövzusunda yeni rekorda imza atıb
GPT-4o-nun təqdimatından sonra ChatGPT istifadəçi kütləsi mövzusunda yeni rekorda imza atıb
OpenAI şirkəti bir neçə müddət bundan öncə GPT-4o adlı yeni süni zəka modelini təqdim etdi.
Məşhur aktrisa ChatGPT-dəki səsin öz səsi olduğunu iddia edib!
Məşhur aktrisa ChatGPT-dəki səsin öz səsi olduğunu iddia edib!
OpenAI tərəfindən süni intellekt səsləndirməsi üçün məşhur aktrisa Scarlett Johansson-un səsindən istifadə edilməsi iddiası sosial mediada gündəmə səbəb olub.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ