main-post-cover

    Nike isitmə sisteminə sahib ağıllı idman ayaqqabısını təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    18.04.2025
    Emil Nəcəfov
         Nike, idman avadanlıqları istehsalçısı Hyperice ilə tərəfdaşlıq çərçivəsində yeni nəsil ağıllı geyim - Nike x Hyperice idman ayaqqabıları və jiletini təqdim edib. Bu məhsulların məqsədi məşqlərin effektivliyini artırmaq, idmançıların bərpasını sürətləndirmək və onları fiziki aktivliyə başlamazdan əvvəl hazırlamaqdır. Şirkətlər bu yanaşmanı “əvvəlcədən bərpa” konsepsiyası adlandırırlar - yəni bədəni yüklənməyə əvvəlcədən hazırlamaq. Hyperboot adlanan idman ayaqqabısı özündə istilik və hava-kompressiya terapiyasını birləşdirir. Daxili isidici elementlər və ikiqat hava kamerası ilə təchiz olunmuş Normatec sistemi ayaq və topuqları masaj edərək toxumaları bərabər şəkildə isidir və stimullaşdırır.
         İlk test iştirakçılarının sözlərinə görə, bu ayaqqabılar sanki isinmə hərəkətlərini artıq əvvəlcədən etmiş kimi bir hiss yaradır. Ayaqqabılara nəzarət kiçik düymələr vasitəsilə həyata keçirilir: Sol və sağ ayaqqabını sinxronlaşdırmaq və ya onları ayrı-ayrılıqda tənzimləmək mümkündür. İstifadəçi 3 fərqli kompressiya və istilik səviyyəsindən birini seçə bilər. İçlikdə yerləşdirilmiş daxili batareya 1.5 saata qədər işləmə imkanı verir, ayaqqabı cütünün ümumi çəkisi isə 1.7 kq təşkil edir. Jilet də eyni dərəcədə texnoloji xüsusiyyətlərə malikdir - onun daxilinə termoelektrik soyuducular quraşdırılıb.
         Bu sistem bədənin temperaturunu real vaxtda idmançının ehtiyaclarına uyğun şəkildə tənzimləyir. Bu isə ideal isinmə keçirməyə və sonradan orqanizmin bərpasına imkan yaradır. Jiletin içinə bədən göstəricilərini izləyən temperatur və təzyiq sensorları quraşdırılıb və onlar istilik modullarının işini tənzimləyirlər. Hava yastığına malik anatomik forma istifadəçinin bədən quruluşuna uyğunlaşır, bu da jiletin bədənə sıx oturmasını və istilik və ya soyutma prosesinin maksimum effektivliyini təmin edir. Hyperboot idman ayaqqabıları 17 may tarixində satışa çıxarılacaq və qiyməti 899$ olacaq. Əvvəlcə ABŞ-da satışa təqdim ediləcək, ilin sonuna qədər isə qlobal bazarda da istifadəyə veriləcək. Jiletin satış tarixi və əlçatanlığı barədə isə hələlik məlumat yoxdur.
    Mənbə: Nike
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ABŞ-ın hava hücumundan müdafiə sistemi ilə Elon Musk və digərləri məşğul ola bilər
    abs-in-hava-hucumundan-mudafie-sistemi-ile-elon-musk-ve-digerleri-mesgul-ola-biler
    XPeng yenilənmiş Iron robotunu təqdim edib
    xpeng-yenilenmis-iron-robotunu-teqdim-edib
    Hava üzərindən məlumatların ötürülməsi sürətində yeni rekorda imza atılıb
    hava-uzerinden-melumatlarin-oturulmesi-suretinde-yeni-rekorda-imza-atilib
    İllərlə istifadə edilməyən SSD-lərdə məlumatlar silinə bilər
    illerle-istifade-edilmeyen-ssd-lerde-melumatlar-siline-biler
    SpaceX Falcon 9-un birinci pilləsinin təkrar istifadəsində yeni rekorda imza atıb
    spacex-falcon-9-un-birinci-pillesinin-tekrar-istifadesinde-yeni-rekorda-imza-atib