main-post-cover

    Neuralink Blindsight göz implantının insanlar üzərində testlərinə bu il başlaya bilər

    Elm & Texnologiya
    01.04.2025
    Emil Nəcəfov
         Bir neçə müddət öncə Elon Musk elan etdi ki, onun Neuralink şirkəti bu ilin sonuna qədər öz görmə protezi olan Blindsight-ın insanlar üzərində sınaqlarına başlamağa ümid edir. Viskonsində keçirilmiş Town Hall tədbirində Musk bu innovativ təşəbbüslə bağlı nikbin olduğunu bildirib və qeyd edib ki, şirkətin məqsədi“ görmə qabiliyyətini tamamilə itirmiş insana görmə qabiliyyətini qaytaran ilk implant cihazı yaratmaqdır”. Blindsight protezi birbaşa beynin görmə qabiliyyətinə cavabdeh olan görmə qabığına implantasiya olunmaq üçün nəzərdə tutulub. Bu protez zədələnmiş görmə sinirlərindən yan keçərək neyronları stimullaşdırmaqla vizual təsəvvürlər yarada və nəticə etibarilə görmə qabiliyyətini itirmiş insanlara onu geri qaytara bilər.
         Gözlənilir ki, Blindsight implantı ilkin mərhələdə aşağı keyfiyyətli görüntü təqdim edəcək və bu, əvvəllər Musk-ın da qeyd etdiyi kimi, köhnə videooyun qrafikasını xatırladacaq. Lakin o, hesab edir ki, zamanla bu texnologiya təkmilləşdirilərək təbii insan görmə qabiliyyətindən belə üstün vizual imkanlar təqdim edə bilər. Blindsight implantı artıq heyvanlar üzərində aparılmış sınaqlarda öz effektivliyini göstərib. Protez meymunlarda bir neçə il ərzində uğurla işləyib. Bu sınaqlar, implantın insanlarda tətbiqinə keçid etməzdən əvvəl onun təhlükəsizliyini və effektivliyini təmin etmək baxımından mühüm addım sayılır.
         2024-cü ilin sentyabr ayında ABŞ Qida və Dərman Administrasiyası (FDA) Blindsight cihazına “innovativ cihaz” statusu verib. Bu status, həyati təhlükə yaradan və ya geri dönməz dərəcədə zəiflədən vəziyyətlərin müalicəsi üçün mövcud alternativlərlə müqayisədə əhəmiyyətli üstünlüklər təklif edən tibbi cihazların hazırlanması və qiymətləndirilməsi prosesini sürətləndirmək məqsədi daşıyır. Neuralink Blindsight cihazının ilk dəfə insana implantasiyasına hazırlaşdığı bir vaxtda, tibbi və elmi ictimaiyyət görmə qabiliyyətinin bərpası texnologiyalarında inqilab edə biləcək bu layihəni diqqətlə izləyir.
    Mənbə: Newsbytesapp
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Neuralink öz beyin implantını üçüncü pasientə implantasiya edib
    neuralink-oz-beyin-implantini-ucuncu-pasiente-implantasiya-edib
    Neuralink Kanadada beyin çipini sınaqdan keçirmək üçün icazə alıb!
    neuralink-kanadada-beyin-cipini-sinaqdan-kecirmek-ucun-icaze-alib
    Neuralink şirkəti Blindsight adlı təcrübi göz implantı hazırlayıb
    neuralink-sirketi-blindsight-adli-tecrubi-goz-implanti-hazirlayib
    Neuralink beyin çipi yerləşdirilən ilk xəstə, dil öyrənməyə başlayıb!
    neuralink-beyin-cipi-yerlesdirilen-ilk-xeste-dil-oyrenmeye-baslayib
    Elon Musk, Neuralink beyin çiplərini milyonlarla insana implantasiya etməyi hədəfləyir!
    elon-musk-neuralink-beyin-ciplerini-milyonlarla-insana-implantasiya-etmeyi-hedefleyir