
NASA-nın yeni modeli hansı planetlərdə həyatın mümkün olduğunu anlamağa yardımçı olacaq
Elm & Texnologiya
03.06.2025
Emil Nəcəfov
NASA-nın “Alien Earths” layihəsi çərçivəsində çalışan alimlər qrupu Yer kürəsindən kənar həyatın axtarışı məsələsinə yeni yanaşma hazırlayıb. Bu yanaşma “kəmiyyətə əsaslanan yaşayış modeli” adlanır və mövcud məlumatlar əsasında müəyyən bir mühitdə həyatın mövcud olma ehtimalını qiymətləndirməyə imkan verir. Bu, həmin mühit haqqında məlumatlar tam və ya dəqiq olmadıqda belə mümkündür. Tədqiqatçılar “ümumiyyətlə bu planetdə həyat mümkündürmü?” sualına cavab axtarmaq əvəzinə daha konkret yanaşma təklif ediblər: “Mövcud olan məlum şəraitdə müəyyən bir orqanizm növü və ya ekosistem tipi yaşaya bilərmi?”. Bu məqsədlə model iki parametrlər toplusunu müqayisə edir:
- Orqanizm modeli (onun yaşamaq üçün nəyə ehtiyacı var - temperatur, atmosferin tərkibi, enerji və s.)
- Mühit modeli (planetin temperaturu, kimyəvi tərkibi, suyun mövcudluğu və digər şəraitlər barədə məlum olanlar).

Əgər parametrlər üst-üstə düşürsə, bu, uyğunluq ehtimalının mövcud olduğunu göstərir. Model eyni zamanda qeyri-müəyyənlik səviyyəsini də nəzərə alır. Məsələn, əgər planetdə suyun mövcudluğu 88% ehtimalla təyin olunubsa, bu rəqəm hesablamalara daxil edilir. Nəticə isə “bəli” və ya “xeyr” kimi deyil, rəqəmlə ifadə olunmuş yaşayış ehtimalı kimi verilir. Tədqiqatçılar modeli Yer üzərindəki ekstremofillərlə - yəni sərt mühitlərdə yaşayan orqanizmlərlə - bağlı real məlumatlarla sınaqdan keçiriblər.
Bunlar qaynar bulaqlarda, Antarktida buzlaqlarında, okean dərinliklərində və ya atmosferin yüksək qatlarında yaşaya bilən mikroorqanizmlərdir. Onlar belə orqanizmlərin Marsın yeraltı qatlarında və ya Yupiterin peyki olan Avropanın okeanında yaşamaq imkanlarını yoxlayıblar. Həmçinin Yer mənşəli bakteriyaların potensial yaşana bilən şəraitə malik tanınmış ekzoplanetlərdə sağ qalmaq imkanları da təhlil edilib. Bu model artıq qərarların qəbulunda istifadə olunur. Məsələn, teleskopun A və ya B planetinə yönəldilməsinin məqsədəuyğun olub-olmaması, yaxud aşkar edilmiş biosiqnalın həqiqətən həyatın göstəricisi olub-olmaması - yoxsa sadəcə geokimyəvi proseslərin nəticəsi olması kimi suallara cavab tapmaq üçün.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Kənar ulduzlar istənilən an Günəş sistemini məhv edə bilərlər

Kənar ulduzlar istənilən an Günəş sistemini məhv edə bilərlər
Bir çox araşdırmalar göstərir ki, Günəş sistemindəki planetlərin orbitləri təxminən 4.5-5 milyard il ərzində sabit qalacaq, ta ki Günəş qırmızı nəhəngə çevrilməyə başlayana qədər. Həmin vaxt ulduzumuzun ölçüləri böyüyəcək və bu, Günəşə ən yaxın planetlər - Venera və Merkuri - üçün udulma ilə nəticələnə bilər.
Qlobal temperaturun stabil qalacağı halda belə buzlaqların 40%-i məhv olacaq

Qlobal temperaturun stabil qalacağı halda belə buzlaqların 40%-i məhv olacaq
Alimlərin fikrincə, əgər qlobal temperatur artımı dayansa və mövcud səviyyədə sabitləşsə belə, Yer kürəsi yenə də buzlaqlarının 40%-ni itirəcək. Bu o deməkdir ki, parnik qazlarının emissiyası səbəbilə artıq baş vermiş iqlim dəyişiklikləri bir çox buzlaqların qaçılmaz şəkildə məhv olmasına gətirib çıxarıb.
Zamanda səyahət paradokslarsız mümkün ola bilər

Zamanda səyahət paradokslarsız mümkün ola bilər
Zamanda səyahət elmi fantastika kitabları və filmlərdə tez-tez işlənən süjetlərdən biridir. Təbii ki, bir çox insan keçmişə qayıdıb həyatındakı bəzi hadisələri dəyişmək və ya önəmli anları yenidən yaşamaq istərdi. Bir tərəfdən, zaman səyahətinin mümkün olmadığı düşünülür, lakin bəzi fiziklər bunun əksini iddia edirlər.
Alimlər Enselada yerli mikroorqanizmləri göndərməyi təklif edirlər

Alimlər Enselada yerli mikroorqanizmləri göndərməyi təklif edirlər
Tədqiqatçılar qeyri-adi bir təcrübə təklif edirlər. Söhbət, mikroorqanizmlərin Saturna məxsus peyk olan Enselada göndərilməsindən gedir. Eyni zamanda isə alimlər bunun nəyə görə edilməməli olduğunu da izah ediblər.
Qravitasiya dalğaları insan təkamülünə təsir göstərmiş ola bilər

Qravitasiya dalğaları insan təkamülünə təsir göstərmiş ola bilər
Ümumi nisbilik nəzəriyyəsi ilə əvvəlcədən proqnozlaşdırılan qravitasiya dalğaları 2015-ci ildə qeydə alındı və bu, astrofizika üçün mühüm hadisəyə çevrildi.
Həftənin xəbərləri

