MediaTek-in subflaqman Dimensity 8400 prosessorunun özəllikləri açıqlanıb
Elm & Texnologiya
31.10.2024
Emil Nəcəfov
MediaTek şirkəti hal-hazırda Dimensity 8400 adlı yeni subflaqman prosessoru üzərində çalışır. Digital Chat Station ləqəbli məşhur insayder isə öz növbəsində hazırlanan bu prosessor barəsində təfərrüatları təqdim edib. Beləliklə insayder bildirib ki, MediaTek-in bu yeni prosessoru TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək və yeni Cortex-A725 nüvələrini əldə edəcək.
Gözləntilərə əsasən Cortex-A720 nüvələri ilə müqayisədə Cortex-A725 nüvələrinin performans göstəriciləri 35%, enerji effektivliyi göstəriciləri isə 25% yüksələcək. İnsayder bildirib ki, Dimensity 8400 prosessoru AnTuTu testlərində ümumilikdə 1.7-1.8 milyon xal toplayır. Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 2 prosessoru AnTuTu-da ümumilikdə 1.6 milyon xal, Snapdragon 8 Gen 3 prosessoru isə 2 milyon xal toplayır. MediaTek Dimensity 8400-ün bu ilin sonuna kimi təqdim olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
MediaTek və NVIDIA-nın birgə hazırladıqları desktop prosessor barəsində yeni təfərrüatlar təqdim edilib
MediaTek və NVIDIA-nın birgə hazırladıqları desktop prosessor barəsində yeni təfərrüatlar təqdim edilib
Hələ keçən il məlumat ortaya çıxmışdı ki, MediaTek və NVIDIA birgə şəkildə desktop prosessor üzərində çalışırlar. Lakin həmin vaxtdan bu mövzu ilə bağlı yeni məlumat ortaya çıxmamışdı.
MediaTek 9400 flaqman prosessoru təqdim edilib
MediaTek 9400 flaqman prosessoru təqdim edilib
MediaTek şirkəti öz yeni flaqman prosessoru olan Dimensity 9400-ü rəsmi şəkildə təqdim edib. Beləliklə Dimensity 9400 prosessoru 3 nanometrlik texnoloji proses əsasında hazırlanıb və o özündə 8 nüvəni birləşdirir.
Samsung Galaxy S25 smartfonlarından biri və ya bir neçəsi MediaTek Dimensity 9400 prosessorunu əldə edə bilər
Samsung Galaxy S25 smartfonlarından biri və ya bir neçəsi MediaTek Dimensity 9400 prosessorunu əldə edə bilər
Son zamanlarda Samsung Galaxy S25 smartfonlarında hansı prosessorların istifadə ediləcəyi ilə bağlı çoxlu sayda məlumat ortaya çıxıb.
Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) və MediaTek Dimensity 9400 prosessorlarının qiymətlərində artım olacaq
Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) və MediaTek Dimensity 9400 prosessorlarının qiymətlərində artım olacaq
Qualcomm və MediaTek şirkətləri yaxın zamanda öz yeni flaqman prosessorlarını təqdim edəcəklər. Söhbət, Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) və MediaTek Dimensity 9400 prosessorlarından gedir.
MediaTek Dimensity 9400 prosessoru Apple A18 Pro-nu GPU testində geridə qoyub
MediaTek Dimensity 9400 prosessoru Apple A18 Pro-nu GPU testində geridə qoyub
MediaTek öz yeni flaqman prosessoru olacaq Dimensity 9400-ün təqdimatına hazırlaşır. Sözügedən prosessorun artıq gələn ay təqdim olunacağı gözlənilir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ