main-post-cover

    MediaTek Dimensity 9300 prosessoru Snapdragon 8 Gen 3-dən 3 istiqamətdə üstün olacaq

    Elm & Texnologiya
    18.10.2023
    Emil Nəcəfov
         Artıq gələn həftə Qualcomm şirkəti özünün yeni flaqman prosessoru olacaq Snapdragon 8 Gen 3-ü təqdim edəcək. Bu smartfon yaxın 1 il ərzində bir çox flaqman Android smartfona quraşdırılacaq. Lakin Snapdragon 8 Gen 3-ün bazardakı ən güclü prosessor olma ehtimalı şübhə altındadır. Belə ki, Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Snapdragon 8 Gen 3 prosessoru MediaTek-in yeni flaqman prosessoru olacaq Dimensity 9300-dən 3 istiqamət üzrə geri qalacaq.
         Söhbət, CPU, GPUNPU-nun (neyron çipi) performanslarından gedir. İnsayder bildirib ki, MediaTek Dimensity 9300-ün bu 3 istiqamət hər birindəki performans göstəriciləri Snapdragon 8 Gen 3-dən yüksək olacaq. Son məlumat sızıntılarına əsasən Dimensity 9300 özündə 4 ədəd Cortex-X4 nüvəsini və 4 ədəd Cortex-A720 nüvəsini birləşdirəcək. Prosessorun gələn ay təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Snapdragon Summit 2023-ün keçiriləcəyi tarixlər məlum olub
    snapdragon-summit-2023-un-kecirileceyi-tarixler-melum-olub