main-post-cover

    MediaTek Dimensity 9300 Plus flaqman prosessorunun təqdimatı anons edilib

    Elm & Texnologiya
    25.04.2024
    Farid Pardashunas
         MediaTek şirkəti yeni flaqman prosessorunun təqdimatına hazırlaşır. Şirkət yeni flaqman prosessorunun nə zaman təqdim olunacağını da açıqlayıb. Şirkətin təqdim etmiş olduğu rəsmi posterə əsasən yeni flaqman prosessor 7 may tarixində təqdim olunacaq. Söhbət, MediaTek Dimensity 9300 Plus prosessorundan gedir. Gözləntilərə əsasən Dimensity 9300 Plus prosessoru keçən ilin noyabr ayında təqdim edilmiş adi Dimensity 9300 prosessorunun bir qədər təkmilləşdirilmiş versiyası olacaq. Çox güman ki, yeni prosessorun nüvələri daha yüksək çalışma tezliklərinə və prosessorun özü yaxşılaşdırılmış qrafik çipə sahib olacaqlar. Təqdim edilmiş posterdən də görmək olar ki, MediaTek şirkəti Dimensity 9300 Plus prosessorunda süni zəka imkanlarına xüsusi diqqət ayıracaq. Dimensity 9300 Plus prosessorunu ilk olaraq hansı smartfonların əldə edəcəkləri barəsində hələ bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MediaTek büdcəli smartfonlar üçün Dimensity 6300 adlı yeni prosessorunu təqdim edib
    mediatek-budceli-smartfonlar-ucun-dimensity-6300-adli-yeni-prosessorunu-teqdim-edib
    MediaTek Dimensity 9400 flaqman prosessorunun bəzi texniki imkanları məlum olub
    mediatek-dimensity-9400-flaqman-prosessorunun-bezi-texniki-imkanlari-melum-olub
    MediaTek 2023-cü ilin dördüncü rübündə ən böyük mobil prosessor istehsalçısına çevrilib
    mediatek-2023-cu-ilin-dorduncu-rubunde-en-boyuk-mobil-prosessor-istehsalcisina-cevrilib
    MediaTek real zaman ərzində foto tərtibatını reallaşdıran texnologiyasını sərgiləyib (VİDEO)
    mediatek-real-zaman-erzinde-foto-tertibatini-reallasdiran-texnologiyasini-sergileyib-video
    Büdcəli smartfonlar üçün MediaTek Helio G91 prosessoru təqdim edilib
    budceli-smartfonlar-ucun-mediatek-helio-g91-prosessoru-teqdim-edilib