main-post-cover

    Marsda qədim gölün mövcudluğuna dair sübutlar əldə edilib

    Elm & Texnologiya
    29.01.2024
    Emil Nəcəfov
         Mars səthində müşahidələrini davam etdirən Perseverance aparatı Jezero adlı kraterin ətəyində qədim göl çöküntülərinin mövcudluğuna işarə edən sübutlar aşkar edib. Bu isə öz növbəsində Perseverance tərəfindən yığılmış Mars süxur nümunələrində qədim bioloji həyat növünün mövcudluğuna dair işarə edə biləcək sübutların əldə edilməsi mövzusunda yeni ümidlər verir. Perseverance aparatının konstruksiyasında Radar Imager for Mars Subsurface Experiment (RIMFAX) adlı radar mövcuddur.
         Sözügedən radar aparatın hərəkəti zamanı qətt edilən yolda hər 10 sm-dən bir Mars səthinin aşağı hissəsinə radio dalğalar göndərir. Bunun sayəsində aparat 20 metr dərinlikdə əks olunan radio dalğaların impulslarını ölçərək Jezero kraterinin dibinin səthaltı xəritəsini tərtib edir. RIMFAX radarı tərəfindən əldə edilmiş məlumatlar uzaq keçmişdə Jezero kraterində olmuş suyun çöküntüsünün mövcudluğunu göstəriblər. Heç istisna deyil ki, həmin vaxtlarda krater daxilində mikrob həyat növü mövcud olub. Əgər uzaq keçmişdə mikrob həyat növü həqiqətən də mövcud olubsa, su çöküntü nümunələrində onların qalıqlarına dair izlər olmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Ingenuity pilotsuz uçuş aparatı Marsdakı missiyasını yekunlaşdırdı
    ingenuity-pilotsuz-ucus-aparati-marsdaki-missiyasini-yekunlasdirdi
    Mars ekvatorunda böyük həcmdə su buzu aşkar edilib
    mars-ekvatorunda-boyuk-hecmde-su-buzu-askar-edilib
    Amerikalı astronavtların Aya geri dönüşləri 1 illik təxirə salınıb
    amerikali-astronavtlarin-aya-geri-donusleri-1-illik-texire-salinib
    NASA kosmosdan Yer kürəsinə pişik videosu göndərib (VİDEO)
    nasa-kosmosdan-yer-kuresine-pisik-videosu-gonderib-video
    NASA BKS-in (Beynəlxalq Kosmik Stansiya) məhvinə 1 milyard dollar vəsait sərf edəcək
    nasa-bks-in-beynelxalq-kosmik-stansiya-mehvine-1-milyard-dollar-vesait-serf-edecek