
Keçən ilki istilik növbəti illərin normasına çevriləcək
Elm & Texnologiya
29.05.2025
Emil Nəcəfov
Alimlər xəbərdarlıq edirlər ki, 2024-cü ilin istisi qarşıdakı 5 il ərzində iqlim üçün adi norma halına gələ bilər. Proqnozlara görə, 2025-2029-cu illər dövründə qlobal temperatur səviyyələri rekord göstəricilərdən aşağı düşməyəcək və heç olmasa bir yay fəslinin ötən ildəkindən də daha isti keçmə ehtimalı 70%-ə çatır. “Təəssüf ki, Ümumdünya Meteorologiya Təşkilatının (WMO) hesabatı yaxın illər üçün bizə istirahət imkanı vəd etmir” - deyə təşkilatın baş katibinin müavini Ko Barrett bildirib. Proqnoz Böyük Britaniyanın MetOffice meteorologiya xidmətinin modellərinə və bir sıra aparıcı elmi mərkəzlərin məlumatlarına əsaslanır. Hesablamalara görə, qarşıdakı illərdə Yer səthinin orta temperaturu sənayeöncəsi dövrlə (1850-1900-cü illər) müqayisədə 1.2-1.9 dərəcə artacaq.

Bu temperatur artımı Paris iqlim sazişinin yerinə yetirilmə imkanını ciddi şəkildə sual altına qoyur. Sazişin məqsədi qlobal istiləşməni 2 dərəcədən xeyli aşağı səviyyədə saxlamaq və mümkün olduqda 1.5 dərəcə ilə məhdudlaşdırmaqdır. WMO mütəxəssisləri qeyd edirlər ki, temperaturun hər bir əlavə artımı daha dağıdıcı istilik dalğalarına, güclü yağıntılara və quraqlıqlara səbəb olur ki, bu da iqlim dəyişikliyinin fəsadlarını daha da ağırlaşdırır. Paris sazişi 2015-ci ildə imzalanmış beynəlxalq müqavilədir və 194 ölkəni qlobal temperatur artımını sənayeöncəsi dövrlə müqayisədə 1.5 dərəcə Selsidən yuxarı çıxmamasına və onu 2 dərəcə Selsidən xeyli aşağı səviyyədə saxlamağa dair öhdəlik altına salır.

Sazişin məqsədi daşqınlar, istilik dalğaları və quraqlıqlar kimi ciddi iqlim fəsadlarının qarşısını almaqdır. Bunun üçün ölkələr parnik qazı emissiyalarını azaltmalı və əsrin ortasına və ya sonuna qədər sıfır xalis emissiya səviyyəsinə çatmalı, həmçinin az inkişaf etmiş ölkələrə enerji keçidində və iqlim dəyişikliyinə uyğunlaşmada dəstək göstərməlidirlər. 2020-ci ildən etibarən saziş iştirakçıları milli fəaliyyət planları təqdim edirlər və bu planlar getdikcə daha iddialı olmalıdır. Lakin hazırkı tədbirlər hələ də kifayət etmir və BMT-nin proqnozlarına görə, qlobal temperatur 2.6-3.1 dərəcə Selsi aralığında arta bilər ki, bu da sazişin hədəflərini ciddi şəkildə aşır.
Linki kopyala
qlobal istileshme
iqlim deyishikliyi
science news
elmi xeberler
qlobal istilesme
iqlim deyisikliyi
global warming
climate change
Bənzər xəbərlər
Oxşar xəbərlər
Günəş sistemində yaşam üçün əlverişli daha bir dünya ortaya çıxa bilər

Günəş sistemində yaşam üçün əlverişli daha bir dünya ortaya çıxa bilər
Günəş qırmızı nəhəngə çevrildikdə, ölçüləri böyüyəcək və Merkuri ilə Veneranı məhv edəcək, Yer isə yaşamaq üçün yararsız hala gələcək. Eyni zamanda, Günəşin həyat üçün əlverişli zonası daha uzaq məsafəyə keçəcək və bu zonaya Yupiter və onun peykləri daxil olacaqlar.
Yaşam üçün potensial dünyalar təkcə Günəş sistemindən kənarda yerləşmirlər

Yaşam üçün potensial dünyalar təkcə Günəş sistemindən kənarda yerləşmirlər
Günəş sistemindən kənarda yerləşən planetlər ekzoplanet adlanır və astronomlar artıq 6000-ə yaxın belə dünya kəşf ediblər. Bu ekzoplanetlərin bir çoxu öz ulduzlarının həyat üçün əlverişli zonasında yerləşir, yəni potensial olaraq yaşamağa yararlıdırlar.
Alimlər ilk dəfə maye karbon əldə edə biliblər

Alimlər ilk dəfə maye karbon əldə edə biliblər
Alimlər ilk dəfə güclü lazer vasitəsilə maye halında karbon əldə edib və laboratoriya şəraitində onun strukturunu öyrəniblər. Əvvəllər bu prosesin mümkün olmadığı düşünülürdü.
Venera ətrafında Yer üçün təhlükəli asteroidlər mövcuddur

Venera ətrafında Yer üçün təhlükəli asteroidlər mövcuddur
Alimlər müəyyən ediblər ki, Günəş ətrafında Venera ilə eyni orbitdə fırlanan və Yer üçün potensial təhlükə yaradan asteroidlər mövcuddur.
İnsan dişlərinin uzaq keçmişdəki balıqlar sayəsində təkamül etdikləri təyin edilib

İnsan dişlərinin uzaq keçmişdəki balıqlar sayəsində təkamül etdikləri təyin edilib
İnsan dişlərinin həssaslığı qədim balıqların ekzoskeletini örtən sensor orqanların irsi mirası ola bilər. Alimlər müəyyən ediblər ki, diş emalının altındakı toxuma olan dentin əvvəllər toxunma funksiyasını yerinə yetirib və onurğalılarda ən azı 460 milyon il əvvəl meydana çıxıb.
Həftənin xəbərləri

