
K2-18b ekzoplanetində potensial həyatın mövcudluğu şübhə doğurur
Elm & Texnologiya
26.05.2025
Emil Nəcəfov
Çikaqo Universitetindən olan tədqiqatçılar qrupu K2-18b ekzoplanetində həyat əlamətlərinin aşkarlandığına dair sensasiyalı iddiaları şübhə altına alıblar. Daha əvvəl Kembric Universitetinin alimləri bildirmişdilər ki, James Webb kosmik teleskopu bu planetin atmosferində dimetilsulfid (DMS) izləri qeydə alıb. Bu maddə Yer üzündə dəniz orqanizmləri tərəfindən istehsal olunur. Lakin məlumatların təkrar təhlili göstərib ki, bu siqnallar səhv şərh olunmuş ola bilər. Yer kürəsindən 124 işıq ili uzaqlıqda yerləşən K2-18b, hidrogen atmosferi altında maye su okeanlarına sahib fərz edilən Super Yer sinfinə aiddir. 2023-cü ildə James Webb-in spektrometrləri bu planetin atmosferində metan, karbon qazı və mümkün DMS izlərini müəyyən etmişdi.

Lakin arXiv platformasında dərc olunan yeni tədqiqat göstərir ki, teleskopun üç cihazı (NIRISS, NIRSpec və MIRI) üzrə birgə məlumatların təhlili nəticəsində DMS və onun analoqu DMDS siqnalları statistik olaraq əhəmiyyətsizdir. “Tədqiqatın ilkin nəticələri yalnız bir cihazın məlumatlarına əsaslanırdı. 2 illik müşahidələri birləşdirdikdə güclü siqnal zəifləməyə başladı. Müxtəlif emal üsulları fərqli nəticələr verir, buna görə də onları hərtərəfli yoxlamaq vacibdir” – deyə tədqiqatın həmmüəllifi Caroline Piaulet-Ghorayeb izah edib. Alimlər həmçinin göstəriblər ki, eyni spektral anomaliyaları etanın mövcudluğu ilə də izah etmək olar. Bu molekul həyatın mümkün göstəricilərindən biri hesab olunsa da, onun yaranması həyat olmadan da mümkündür.
James Webb:

Əsas problem isə spektrometrlərin məhdud dəqiqliyidir. DMS və etan cəmi bir kükürd atomu ilə fərqlənirlər və ekzoplanetlərdən gələn zəif siqnallar bu maddələrin ayırd edilməsini çətinləşdirir. “Bu, biogöstəricilərin axtarışında ciddi maneədir. Bu cür siqnalları dəqiq şəkildə ayırd edə bilmədiyimiz müddətdə, yanlış təfsir riski yüksək olaraq qalacaq” – deyə Caroline əlavə edib. Mübahisələr həm də kəşfin statistik əhəmiyyətinə aiddir. İlkin tədqiqatın müəllifləri DMS siqnalının etibarlılığını 3 siqma səviyyəsində qiymətləndirmişdilər (bu isə orta səviyyəli inam deməkdir), halbuki biogöstəricilərin təsdiqlənməsi üçün 5 siqma tələb olunur.
“Həyatın mövcudluğu ilə bağlı iddialar qeyri-adi sübutlarla əsaslandırılmalıdır. Bu halda isə həmin həddə çatılmayıb” - deyə tənqidi təhlilin əsas müəllifi Rafael Luque qeyd edib. Fikir ayrılıqlarına baxmayaraq, K2-18b ekzoplaneti James Webb üçün prioritet obyekt olaraq qalır. Yeni müşahidələr onun atmosferinin tərkibini daha dəqiq müəyyən etməyə kömək edəcək. Lakin alimlərin vurğuladığı kimi, bu məlumatlar belə həyatın mövcudluğunu qəti şəkildə təsdiqləməyə və ya inkar etməyə imkan verməyəcək. “James Webb teleskopu bizi cavablara yaxınlaşdırdı, lakin qəti nəticələr üçün daha inkişaf etmiş alətlərə ehtiyac olacaq” - deyə tədqiqatın həmmüəllifi Michael Zhang bildirib.
Mənbə: Space.com
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Marsın ox meylinin dəyişməsi planetdə böyük miqdarda su itkisinə səbəb olub

Marsın ox meylinin dəyişməsi planetdə böyük miqdarda su itkisinə səbəb olub
İspaniya və Fransa alimləri Marsın qədim ox meyli dəyişiklikləri (obliquasiyası) ilə su itkisi arasındakı korrelyasiyanı müəyyən ediblər.
Yer qabığında böyük həcmdə təmiz enerji mənbəyi aşkar edilib

Yer qabığında böyük həcmdə təmiz enerji mənbəyi aşkar edilib
Hazırda insanlar artıq hidrogen qazından yanacaq mənbəyi kimi istifadə edirlər və hidrogen karbon emissiyasız iqtisadiyyata nail olmaq üçün açar hesab olunur. Yəni atmosferə karbon qazı emissiyası sıfıra endiriləcək.
Ayın cənub qütbünün fotosu çəkilib

Ayın cənub qütbünün fotosu çəkilib
Yaponiyaya məxsus Resilience adlı özəl kosmik zond Ayın cənub qütbünün keyfiyyətli fotosunu çəkib və onu Yerə göndərib. Foto Tokioda yerləşən ispace şirkəti tərəfindən sosial şəbəkə X-də yayımlanıb.
Günəş sistemində yeni cırtdan planet kəşf edilib

Günəş sistemində yeni cırtdan planet kəşf edilib
Plutonun orbitasından xeyli uzaqda alimlər yeni bir cırtdan planet kəşf ediblər. Obyekt arxiv materiallarında tapılıb və 2017 OF201 kimi qeydiyyata alınıb.
Qara dəlik ulduz daxilində gizli şəkildə formalaşa bilər

Qara dəlik ulduz daxilində gizli şəkildə formalaşa bilər
Alimlərin fikrincə, ətrafındakı hər şeyi udan qara dəliklər bəzən kütləvi ulduzların ölümündən sonra yox, onların daxilində səssiz və gizli şəkildə formalaşa bilər. Yəni ulduz hələ də canlı görünür, amma daxilində onun ölümünün simvolu - qara dəlik - gizlənir.
Həftənin xəbərləri

