İnsanlar yadplanetli sivilizasiyaları düzgün şəkildə axtarmır
Elm & Texnologiya
07.08.2024
Emil Nəcəfov
Alimlər qalaktikamızda ola biləcək yüksək inkişaf səviyyəli yadplanetli sivilizasiyaların axtarışları üçün müxtəlif üsullardan istifadə edirlər. Həmin üsullardan biri kosmosda təkmilləşdirilmiş texnologiyaların axtarışı ilə bağlıdır. Belə ki, məşhur ideyalardan birinə əsasən digər ulduzların ətraflarında Dayson sferasını və ya digər planetləri əhatə edəcək çoxlu sayda günəş panellərini axtarmaq lazımdır. Lakin aparılmış yeni araşdırmaya əsasən bu axtarış üsulu heç də effektiv axtarış üsulu deyil. Alimlər hesab edirlər ki, istənilən sivilizasiyanın texnoloji inkişafı yüksəldikcə onun enerjiyə tələbatı da artır. Bu isə o deməkdir ki, yüksək texnoloji inkişaf səviyyəsinə çatmış hansısa sivilizasiya öz ulduzunun enerjiyə çevrilə biləcək işığını əldə etmək üçün irimiqyaslı konstruksiyalar inşa edəcək.
Buna ulduzun ətrafında Dayson sferası adlı konstruksiyanı inşa etməklə və ya planetin səthi üzərində çoxlu sayda günəş panellərindən təşkil edilmiş strukturu qurmaqla nail olmaq olar. Aparılmış yeni araşdırma çərçivəsində isə alimlər bildiriblər ki, ola bilsin ki, yüksək texnoloji inkişaf səviyyəsinə sahib yadplanetli sivilizasiyalar üçün bu qədər böyük həcmdə enerji lazım deyil. Alimlərin sözlərinə əsasən əgər Yer kürəsində əhalinin sayı 30 milyard insana çatsa, insanların əksəriyyəti yüksək həyat şəraitinə sahib olsa və yeganə enerji mənbəyi Günəş olsa belə insanlar Günəşin yaydığı bütün işıqdan daha az enerji sərfiyyatına sahib olacaqlar.
Dayson sferası:
Onların fikirlərinə əsasən bizim planetdən 30 işıq ili radiusunda Yer kürəsinə bənzər planetdə günəş panellərinin aşkar edilməsi üçün gərək həmin panellər planet səthinin minimum 23%-ni əhatə etmiş olsun. Bu halda panellər böyük həcmdə enerji istehsal edəcəklər və çox güman ki, istehsal edilən enerjinin həcmi yadplanetli sivilizasiyanın sərf etdiyi enerji həcmindən yüksək olacaq. Alimlər hesab edirlər ki, yüksək texnoloji inkişaf səviyyəsinə sahib sivilizasiyalar bu cür layihələrə resurslarını sərf etməyəcəklər. Bundan əlavə olaraq onların sözlərinə əsasən inkişaf etmiş sivilizasiyalar Dayson sferası kimi texnologiyalardan ümumiyyətlə istifadə etməyə bilərlər.
Belə ki, onlar üçün bu cür texnologiyalar artıq köhnəlmiş hesab ediləcək. Bu halda yadplanetli sivilizasiya çox güman ki, termonüvə sintezi enerjisindən və ya enerjinin əldə edilməsinə imkan verən digər bir üsuldan istifadə edəcək. Bütün bunlardan belə qənaətə gəlmək olar ki, yadplanetli sivilizasiya öz ulduzunun ifraz etdiyi ümumi enerjinin yalnız bir hissəsini istifadə edərək sağ qala və yüksək inkişaf səviyyəsinə çata bilər. Buna görə də yadplanetli sivilizasiya öz mövcudluğunun bütün qalaktikaya daimi yayılması ideyasına o qədər də həvəslə yanaşmaya bilər. Bu halda sivilizasiya öz ulduz sisteminə və qonşu ulduz sisteminə yayıla bilər. Burdan da belə qənaətə gəlmək olar ki, bütün qalaktikanı əhatə edən yadplanetli sivilizasiya mövcud olmaya bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!