İnsan hərəkətlərini real zaman ərzində təkrarlayan robot hazırlanıb (VİDEO)
Elm & Texnologiya
21.06.2024
Emil Nəcəfov
Stenford Universitetinin alimləri HumanPlus adlı yeni insanabənzər robotu təqdim ediblər. Sözügedən yeni robot öyrənmə bacarığına və insan hərəkətlərinin qəliz ardıcıllıqla yerinə yetirilməsi özəlliyinə sahibdir. Bundan əlavə olaraq HumanPlus insan hərəkətlərini real zaman ərzində də kopyalaya bilir. Mütəxəssislər bildiriblər ki, HumanPlus-ın hər hansısa hərəkətləri fərdi şəkildə təkrarlaması üçün ona həmin hərəkətlərin əks olunduqları 40 saatlıq videonun izlənməsi kifayət edir.
Bundan əlavə olaraq robot sahib olduğu kamera sayəsində insanın hərəkətlərini real zaman ərzində izləyir və dərhal həmin hərəkətləri imitasiya edir. Konstruksiya baxımından bu robot Çinin Unitree adlı şirkətinin H1 adlı kommersiya məqsədli robotu əsasında hazırlanıb. Lakin bununla belə HumanPlus robotu digər proqram təminatı platformasına sahibdir və onun bəzi komponentləri digər şirkətlər tərəfindən istehsal edilib. Robotun hündürlüyü 175 sm təşkil edir. HumanPlus-un əsas fərqləndirici tərəflərindən biri də odur ki, o, açıq mənbəli koda sahibdir. Yəni istənilən şəxs bu robotun konstruksiyasını və funksionallığını təkmilləşdirə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yapon şirkəti 2050-ci ilə qədər kosmik lifti istifadəyə verməyi planlaşdırır
Yapon şirkəti 2050-ci ilə qədər kosmik lifti istifadəyə verməyi planlaşdırır
Yaponiyanın Obayashi adlı şirkəti 2050-ci ilə kimi kosmik lift inşa etməyi planlaşdırır. Nəzərdə tutulan kosmik lift Yer kürəsinin geosinxron orbitinə yüklərin daşınması üçün istifadə ediləcək.
Dünyanın ilk naqilsiz prosessoru hazırlanıb
Dünyanın ilk naqilsiz prosessoru hazırlanıb
Yaponiyanın 2020-ci ildən yarımkeçiricilər sahəsində fəaliyyət göstərən Premo adlı startapı unikal prosessor prototipini təqdim edib.
Yeməklərə duz tökmədən duzlu dad verə bilən "elektron qaşıq" təqdim edilib! (VİDEO)
Yeməklərə duz tökmədən duzlu dad verə bilən "elektron qaşıq" təqdim edilib! (VİDEO)
Yaponiyanın "Kirin" içki şirkəti, səhhətindəki problem səbəbindən duz istehlak edə bilməyənləri və ya sağlamlığı üçün duzdan imtina etmək istəyənləri sevindirəcək elektron qaşığını təqdim edib.
Hindistanda 3D printer vasitəsilə çap edilmiş raket mühərriki test edilib
Hindistanda 3D printer vasitəsilə çap edilmiş raket mühərriki test edilib
Hindistan Kosmik Tədqiqatlar təşkilatı (ISRO) 3D printerdə çap edilmiş maye yanacaq əsaslı raket mühərrikinin testlərini uğurlu şəkildə keçirib.
Sıxılmış hava əsasında çalışacaq yeni nəsil elektrostansiya inşa ediləcək
Sıxılmış hava əsasında çalışacaq yeni nəsil elektrostansiya inşa ediləcək
Hydrostor şirkəti sıxılmış hava əsasında enerjinin saxlanması sahəsində lider şirkətlərdən biri hesab edilir. Bu ilin sonunda sözügedən şirkət Avstraliyanın Yeni Cənubi Uels ştatında sıxılmış hava əsasında çalışacaq yeni nəsil elektrostansiyanın inşasını planlaşdırır.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!