İngiltərənin ən qədim peykinin yeri dəyişdirilib, lakin bunu kimin etdiyi bilinmir!
Elm & Texnologiya
14.11.2024
Farid Pardashunas
İngiltərənin ən qədim peyki Skynet-1A yerini dəyişdirib. Üstəlik, bunu kimin, nə vaxt və niyə etdiyi barədə heç bir məlumat yoxdur.
1969-cu ildə, insanların Ayda ilk addımlarını atmasından yalnız bir neçə ay sonra buraxılan Skynet-1A, İngilis qüvvələri üçün rabitə məqsədilə Afrikanın şərq sahillərinin üzərinə yerləşdirilmişdi. Orijinal missiyasını bitirdikdən sonra təbii cazibə qüvvələri nəticəsində şərqə, Hind Okeanı bölgəsinə sürüşməsi gözlənilirdi. Lakin bu gün peyk 36.000 kilometr yüksəklikdə, Amerika qitəsinin üzərində, orijinal mövqeyindən çox uzaqda yerləşir.
Yarım ton ağırlığında olan Skynet-1A başlanğıcda Afrikanın şərq sahilindən Sinqapura qədər geniş bir rabitə sahəsi təmin edərək İngiltərənin hərbi rabitəsinə töhfə verirdi. Lakin mütəxəssislərin fikrincə, təbii orbital qüvvələr peykin bugünkü mövqeyini izah etməkdə çətinlik çəkir. Buna görə də, 1970-ci illərdə peykin şüurlu bir hərəkətlə qərbə doğru hərəkət etdirildiyinə dair güclü sübutlar var. Lakin bu hərəkətin arxasında kimin olduğu hələ dəqiq bilinmir.
Kosmos məsləhətçisi Dr. Stuart Eves, “Bu hələ də əhəmiyyətlidir, çünki Skynet-1A-nı kim hərəkətə gətirdisə, bizə yaxşılıq etməyib. Ölü olduğu üçün bir şeyə çarpma riski var və 'bizim' peykimiz olduğu üçün hələ də məsuliyyət bizim üzərimizdədir” deyir. Dr. Eves, Skynet-1A-nın son əməliyyat mərhələsinə dair heç bir qeyd tapa bilmədiyini də əlavə edir. Bundan əlavə, peykin 50 kilometrlik radiusda gündə 4 dəfə kosmik tullantılarla qarşılaşma potensialı var və bu da narahatedici bir yaxınlıq riski yaradır.
Skynet-1A hər nə qədər İngiltərəyə məxsus olsa da, əslində İngiltərədə istehsal olunmayıb. Artıq fəaliyyət göstərməyən ABŞ-lı Philco Ford tərəfindən istehsal edilən peyk, Amerika Hərbi Hava Qüvvələrinə məxsus bir Delta raketi ilə kosmosa göndərilmişdi. Peyk, ilk başda ABŞ tərəfindən idarə olunub, lakin zəruri proqram təminatlarının sınaqlarının təsdiqindən sonra idarəetmə Kral Hərbi Hava Qüvvələrinə (RAF) təhvil verilib.
Təqaüdçü mühəndis Graham Davison, 1970-ci illərdə peyki İngiltərənin Hampshire bölgəsindəki RAF Oakhanger bazasından idarə etdiyini bildirir. O, illər keçdikcə Skynet-1A-nın yenidən ABŞ-a təhvil verilmiş ola biləcəyini, lakin belə edilibsə də, bunun səbəbini xatırlamadığını deyir. Rəsmi qeydlər də Davison-un bu fikrini təsdiqləyir. Skynet-1A-nın statusu ilə bağlı natamam olsa da, rəsmi qeydlər RAF-ın 1977-ci ilin iyununda peyki amerikalılara təhvil verdiyini göstərir. Bunun bir baxım prosesi çərçivəsində edildiyi qeyd olunur. Lakin peyk haqqında çox az rəsmi sənəd və qeyd olması, bu barədə məlumatların fərziyyələrə əsaslanmasını maraqlı edir. Normalda fəaliyyətini bitirmiş peyklər “orbit məzarlığına” yerləşdirilir. Bu, köhnə kosmik tullantıların aktiv telekommunikasiya peyklərinə zərər vurma riskinin sıfır olduğu səma bölgəsinin daha yüksək bir hissəsini ifadə edir. Bu tətbiq indi standart olsa da, 1970-ci illərdə kosmosda davamlılıq mövzusu çox düşünülmürdü.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Mühəndislər çətin vəziyyətlərdə öz hissələrini kəsə bilən robot hazırlayıblar!
Mühəndislər çətin vəziyyətlərdə öz hissələrini kəsə bilən robot hazırlayıblar!
Connecticut-da çalışan mühəndislər, lazım gəldikdə öz hissələrini kəsə bilən robot istehsal edə biliblər.
Tarixdə ilk dəfə bir universitet "ev tapşırıqlarını süni intellektlə edən tələbəyə" az bal verdiyinə görə, məhkəməlik olub!
Tarixdə ilk dəfə bir universitet "ev tapşırıqlarını süni intellektlə edən tələbəyə" az bal verdiyinə görə, məhkəməlik olub!
Süni intellekt həyatımızın hər sahəsinə nüfuz etdikcə hüquqi prosesləri də qaçılmaz olur. Bu dəfə isə bir ailə ev tapşırığına görə, universiteti məhkəməyə verib.
Alimlər təsadüf nəticəsində "Hörümçək-adam"ın torlarını yaradıblar! (VİDEO)
Alimlər təsadüf nəticəsində "Hörümçək-adam"ın torlarını yaradıblar! (VİDEO)
Məhəllənin dostcanlı qəhrəmanı Hörümçək-adam artıq o qədər də xüsusi deyil. Çünki Tufts Universitetinin tədqiqatçıları Hörümçək-adamın biləyindən çıxan torları yaratmağı bacarıblar.
Süni intellekt, öz yaradıcısının kompüterini çökdürüb!
Süni intellekt, öz yaradıcısının kompüterini çökdürüb!
Redwood Research qeyri-kommersiya təşkilatının CEO-su Buck Shlegeris, bir süni intellekt (YZ) agenti ilə bağlı gözlənilməz hadisədən böyük bir dərs alıb. İnkişaf etdirdiyi süni intellekt modeli, SSH bağlantısı qurmaq əvəzinə daha çox addım ataraq öz CEO-sunun kompüterini işləməz hala salıb.
Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)
Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)
Keçən şənbə günü “ChromaLock” adlı bir YouTube məzmun yaradıcısı, Texas Instruments-ın məşhur qrafik kalkulyatoru TI-84-ü internetə qoşaraq OpenAI-nin süni intellekt modeli ChatGPT-ni işə salmağı bacarıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ