main-post-cover

    Huawei son 10 il ərzində tədqiqat və inkişaf işlərinə təxminən 173.7 milyard dollar vəsait xərcləyib

    Elm & Texnologiya
    12.06.2025
    Emil Nəcəfov
         Huawei Central resursunun qeyd etdiyinə görə, Huawei şirkətinin istehlak məhsulları bölməsinin rəhbəri Richard Yu, Pura 80 smartfon seriyasının təqdimat mərasimində etiraf edib ki, son 10 il ərzində şirkət tədqiqat və inkişaf işlərinə təxminən 173.7 milyard dollar vəsait xərcləyib və dünyanın müxtəlif ölkələrində 100 000-dən çox patent qeydiyyatdan keçirib. Qeyd olunan məbləğin təxminən 25 milyard dolları yalnız ötən ilin tədqiqat və inkişaf xərclərinə sərf olunub ki, bu da Huawei-nin illik gəlirinin 20%-dən çoxunu təşkil edir.
         Şirkət nümayəndəsinin fikrincə, tədqiqatlara yönələn bu miqyasda investisiya Huawei-nin texnoloji gücünün aydın sübutudur. Son 10 ildə şirkət ABŞ məhsulları və texnologiyaları ilə rəqabət apara biləcək bir sıra innovativ məhsullar təqdim edib. Bu baxımdan, 2023-cü ilin payızında ABŞ-ın sərt sanksiyaları şəraitində hazırlanaraq bazara çıxarılmış 5G dəstəkli Huawei smartfonlarının debütü parlaq nümunə hesab oluna bilər.
         Hazırda Huawei dünya üzrə 150 000 patent müraciəti qeydiyyatdan keçirib. Bu müraciətlər smartfonlar, taxıla bilən cihazlar, müxtəlif növ sensorlar, rabitə texnologiyalarının təkmilləşdirilməsi və avtomobil elektronikası sahələrini əhatə edir. 5G şəbəkələrində məlumat ötürmə texnologiyaları ilə bağlı patentlərlə yanaşı, Huawei eyni zamanda məlumat emalı mərkəzləri üçün daha sürətli interfeyslərin yaradılmasına imkan verəcək fotonika sahəsində də ixtiralar qeydiyyatdan keçirib. Şirkət, mənfəətin bir hissəsindən imtina etmək lazım gəlsə belə, tədqiqat və inkişaf sahəsinə investisiya qoymağı davam etdirmək əzmindədir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei Pura 80, 80 Pro, 80 Pro+ və 80 Ultra təqdim olunub - QİYMƏTİ
    huawei-pura-80-80-pro-80-pro-ve-80-ultra-teqdim-olunub-qiymeti
    HUAWEI WATCH 5-ZAMANI AŞAN DİZAYN VƏ PREMİUM KEYFİYYƏT ESTETİK GÖRÜNÜŞ VƏ DÖZÜMLÜ KORPUS
    huawei-watch-5-zamani-asan-dizayn-ve-premium-keyfiyyet-estetik-gorunus-ve-dozumlu-korpus
    Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
    huawei-pura-80-smartfon-seriyasinin-teqdimati-anons-edilib
    HUAWEI WATCH FIT 4 VƏ WATCH FIT 4 PRO: AÇIQ HAVA MACƏRALARI ÜÇÜN ETİBARLI TƏRƏFDAŞ
    huawei-watch-fit-4-ve-watch-fit-4-pro-aciq-hava-maceralari-ucun-etibarli-terefdas
    Büdcəli Huawei MateView SE Standard Edition monitoru təqdim edilib - QİYMƏTİ
    budceli-huawei-mateview-se-standard-edition-monitoru-teqdim-edilib-qiymeti