Erkən kainatda superkütləli qara dəliklərin sayı düşünüldüyündən daha çox imiş
Elm & Texnologiya
07.10.2024
Emil Nəcəfov
Alimlərin aparmış olduqları yeni tədqiqat kainatın erkən zamanlarında çoxlu sayda superkütləli qara dəliklərin formalaşmasına dair sual doğuran mövzuya aydınlıq gətirir. Normal şərtlər altında həmin qara dəliklərin maddəni udma sürətləri onların hal-hazırda müşahidə edilən nəhəng ölçülərə qədər böyümələrinə imkan verə bilməzdilər. Alternativ fərziyyələr də bu məsələyə aydınlıq gətirə bilmirlər. Bununla belə erkən kainatdakı superkütləli qara dəliklərin yenidən siyahıyaalma prosesi onu göstərib ki, erkən kainatda bu obyektlərin sayı düşünüldüyündən daha çox olub.
Hubble teleskopu vasitəsilə aparılmış yeni tədqiqat çərçivəsində alimlər superkütləli qara dəlikləri və Böyük partlayışdan sonrakı ilk 1 milyard il ərzində onların mövcudluqlarına dair izləri axtarıblar. Böyük partlayışdan sonrakı bu qısa müddət aralığında superkütləli qara dəlikləri yalnız kvazar (qalaktikanın aktiv nüvəsi və ya başqa sözlə qalaktikanın mərkəzindəki superkütləli qara dəlik) şəklində aşkar etmək olar. Məsələ burasındadır ki, bu üsulla heç də bütün superkütləli qara dəlikləri aşkar etmək mümkün deyil.
Qara dəliklər onlara düşən maddəni hissə-hissə şəklində uda bilirlər və çox uzaq məsafədə uzun müddət ərzində görünməz qala bilirlər. Belə ki, akkresiyanın olmadığı halda onlar heçnə şüalandırmırlar. Alimlər də məhz bu halı aşkara çıxarıblar. Məlum olub ki, erkən kainatda aşağı səviyyəli parlaqlığa sahib qara dəliklərin sayı daha öncə düşünüldüyündən daha çox olub. Bu öz növbəsində onların necə formalaşdıqlarını və onlardan çoxunun nəyə görə daha böyük kütləyə sahib olduqlarını anlamağa yardımçı olacaq. Alimlər hesab edirlər ki, erkən kainatda çoxlu sayda superkütləli qara dəliklərin formalaşma prosesi daha fərqli ola bilərmiş.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
NASA, 250 milyon işıq ili uzaqlıqdakı qara dəliyin səsini paylaşıb! (Video)
NASA, 250 milyon işıq ili uzaqlıqdakı qara dəliyin səsini paylaşıb! (Video)
NASA, 250 milyon işıq ili uzaqlıqdakı qara dəlikdən gələn qorxulu səsi eşidilə bilən hala gətirib.
Süd Yolu qalaktikasının mərkəzindəki nəhəng qara dəliyin necə əmələ gəldiyi kəşf edilib!
Süd Yolu qalaktikasının mərkəzindəki nəhəng qara dəliyin necə əmələ gəldiyi kəşf edilib!
Süd Yolu qalaktikasının mərkəzindəki superkütləli qara dəlik olan Sgr A*-nın 9 milyard il əvvəl qalaktikaların birləşməsindən əmələ gəldiyi aşkar edilib.
Alimlər, bir ulduzun qara dəliyə düşərkən nələr baş verəcəyini görmək üçün simulyasiya hazırlayıblar! (VİDEO)
Alimlər, bir ulduzun qara dəliyə düşərkən nələr baş verəcəyini görmək üçün simulyasiya hazırlayıblar! (VİDEO)
Qara dəliklər kainatın ən sirli hadisələrindən biri olmaqda davam edir. Bəs bir ulduz qara dəliyə düşərsə nə baş verər? Alimlər, baş verə biləcək hadisələri video vasitəsilə paylaşıblar.
Superkütləli qara dəliklərin qalaktikalara necə təsir etdikləri aşkar edilib!
Superkütləli qara dəliklərin qalaktikalara necə təsir etdikləri aşkar edilib!
Qara dəliklər, kainatın ən sirli obyektlərindən biri olmaqda davam edir. Superkütləli qara dəliklər üzərində aparılan son tədqiqatlar, qalaktikalar haqqında dərin məlumatları ortaya qoyur.
Alimlər qara dəlikləri smartfonlar vasitəsilə axtarmaq təklifini ediblər
Alimlər qara dəlikləri smartfonlar vasitəsilə axtarmaq təklifini ediblər
Əgər siz qara dəliklərin axtarışı həvəsindəsinizsə, lakin bunun üçün professional teleskopa sahib deyilsinizsə, bu problemdən çıxış yolu var. Belə ki, qara dəliklərin axtarışı üçün nəzərdə tutulmuş xüsusi mobil tətbiq hazırlanıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!